Baş qərargahı Parisdə yerləşən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatında (OİV) bu qurumun, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin, Fransadakı səfirliyimizin və AZPROMO-nun birgə təşkilatçılığı ilə Azərbaycan şərablarının dequstasiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Üzümçülük və Çaxırçılıq Təşkilatının baş direktoru Jan-Mari Oran Azərbaycana səfərindən, qədim şərabçılıq ənənələrimizdən, Gəncə şəhərində keçirilən şərab festivallarından danışıb, ölkəmizdə üzümçülüyün inkişafına göstərilən dövlət qayğısına toxunub.
Azərbaycanın kənd təsərrüfat naziri İnam Kərimov ölkəmizin iqtisadiyyatının dinamik inkişafından, onun dünyada tolerantlıq nümunəsi olmasından, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin burada birgə mehriban yaşamasından söz açıb. Prezident İlham Əliyevin qeyri-neft sektorunun, xüsusilə də aqrar sektorun inkişafına xüsusi diqqət verdiyini, bu sektorda yeni mərhələnin başlandığını bildirib.
Nazir qeyd edib ki, şərabçılıq rentabelli sahədir: “Ölkəmizin kənd təsərrüfatı məhsulları təbii xüsusiyyətlərinə və keyfiyyətlərinə görə rəqabətədavamlıdır. Biz məhsullarımızın daha çox Avropa bazarlarına çıxarılmasını istəyirik. Buna görə də beynəlxalq əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. OİV strateji və etibarlı tərəfdaşımızdır. Azərbaycan bu təşkilatla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Gələcək tərəfdaşlığımızın perspektivləri ilə bağlı böyük ambisiyalı ideyalarımız var”.
Nazir İnam Kərimov ölkəmizdə kənd təsərrüfatının, üzümçülüyün və şərabçılığın inkişafı üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Sonra AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Şərab İstehsalı və İxracı Assosiasiyasının sədri Elçin Mədətov çıxış ediblər.
AZPROMO-nun missiyası haqqında məlumat verilib və bildirilib ki, bu qurum dövlət və özəl sektorun birgə təşəbbüsüdür və əsas məqsədi qeyri-neft məhsullarının ixracını təşviq etməkdir.
Tədbirdə, həmçinin Azərbaycan şərablarının yüksək keyfiyyətindən, onların istehsalında tətbiq olunan müasir texnologiyalardan bəhs olunub, şərablarımızın beynəlxalq normalara cavab verdiyi diqqətə çatdırılıb.
Sonra ölkəmizin 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizədliyindən bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra iştirakçılar SİAL Paris beynəlxalq ərzaq sərgisində iştirak edən şirkətlərin şərabları ilə tanış olublar. Tədbirdə iştirak edən bir çox peşəkarlar şərablarımız haqqında yüksək fikrilərini bildiriblər. Bəzi distributorlar artıq ölkəmizin şərab istehsalçıları ilə razılığa da gəliblər.
Azərbaycan şərablarının dequstasiyasında Paris Qida Məktəbinin (EPMT) müəllimi Aleksandr Lezyö və tələbələri də iştirak ediblər.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026