Gürcüstanın təşkilatçılığı ilə Acariya Muxtar Respublikasında “İpək yolu ölkələrinin epidemioloji nəzarət şəbəkəsi”nin (Biosurveillance Network Silk Road-BNSR) illik görüş-konfransı keçirilib.
Görüşün əsas məqsədi İctimai Sağlamlıq konsepsiya çərçivəsində Azərbaycan, Qazaxıstan, Ukrayna, Moldova, Türkiyə, Belarusiya və Gürcüstanın səhiyyə və baytarlıq sahəsində çalışan mütəxəssisləri üçün müasir forum keçirmək, idarə və sektorlararası (həmçinin laboratoriya sahəsində) kooperasiyanın və əməkdaşlığın genişləndirilməsi, epidemioloji nəzarət sahəsində təcrübə və müasir praktika ilə bölüşmək olub.
Konfransda Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) və Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının mütəxəssisləri təmsil ediblər. Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), ABŞ-n xəstəliklərə nəzarət və profilaktika mərkəzləri (CDC), Britaniyanın Səhiyyə Jurnalı (BMJ), Rustaveli adına Milli Elmi Fondu, Ukrayna Elmi-Texnoloji Mərkəzi (USTS), Fransanın Qida Sanitar Təhlükəsizliyi, Ətraf Mühit və Əmək Milli Agentliyi (ANSES) və s. beynəlxalq təşkilatların ekspertləri iştirak ediblər.
Konfransda Dövlət Baytarlıq Xidməti Aparatının Epizootoloji xidmətlərin planlaşdırılması və monitorinqi sektorunun böyük məsləhətçisi Nigar Səfi və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının rəis müavini Kliment Əsədov təqdimatlarla çıxış ediblər.
3 gün davam edən konfransda 50-dən artıq müxtəlif mövzularda məruzələr təqdim edilib və diskussiyalar aparılıb.
Tədbirin sonunda görüş iştirakçıları birgə layihələrdə, konfranslarda, regional görüşlərdə iştirak etmək və nəzərdə tutulan sərhədyanı növbəti görüşün dekabr ayında Azərbaycanın Şəmkir rayonunda daha geniş formatda keçirilməsi və bu görüşə hazırlıqla bağlı qərarlar qəbul edilib.
Həmçinin “Qarşılıqlı əməkdaşlığın genişlənməsi” çərçivəsində Türkiyəli həmkarları və ABŞ-ın Təhlükənin Azaldılması Müdafıə Agentliyinin (TAMA) rəhbərliyi ilə görüşlər keçirilib.
Qeyd edək ki, BNSR-Şərqi Avropa ölkələrində epidemioloji nəzarət şəbəkələrinin yaradılmasına kömək göstərən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat insan və heyvanların sağlamlığının qorunmasında həm regional, həm də qlobal səviyyədə səylər göstərir.
Təşkilatın baş qərargahı Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlığın Milli Mərkəzində yerləşir.
Təşkilat 2015-ci ildən başlayaraq mövcud olan epidemioloji nəzarət üzrə işçi qrupu insan və heyvan sağlamlığı sahəsində birgə fəaliyyət göstərən mütəxəssislər üçün bir ümumi platformanın yaradılması istiqamətində çalışır. Yarandığı gündən BNSR baytar həkimləri və epidemioloqlar arasında keçirilən sərhədyanı görüşlər, mütəmadi telekonfransların və illik konfransların vasitəsi ilə İctimai Sağlamlıq konsepsiyasını tətbiq edir və təcrübədən keçirir.
Aqrar Biznes Festivallarına dəstək verən tərəfdaş qurumların sayı artır
19 Yanvar 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
19 Yanvar 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Xaçmazda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
16 Yanvar 2026
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib
16 Yanvar 2026
Nazir Məcnun Məmmədov İsraildə “Sea the future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində keçirilən Nazirlər Panelində çıxış edib
15 Yanvar 2026