Gədəbəy rayonunda “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması" (ASQİGA) layihəsi çərçivəsində kənd təsərrüfatı ilə məşğul olan qadınlarla görüş keçirilib.
Görüşdə benefisiarların layihə çərçivəsində göstərilən dəstəkdən yararlanma vəziyyəti, tekniki dəstəklə bağlı ehtiyacları müzakirə edilib. Həmçinin, qadın fermerlərin təklifləri dinlənilib, onlara gələcəkdə də yeni dəstək yollarının göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
“Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması" layihəsi Azərbaycanın 12 rayonunda (Qazax, Ağstafa, Tovuz, Ağdam, Tərtər, Gədəbəy, Şamaxı, İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən) həyata keçirilir. Hazırda 250-yə yaxın benefisiar bu layihədən yararlanır. Layihənin əsas məqsədi kənd qadınlarının innovativ texnologiyalar və bazara çıxış sahələrində texniki bilik və bacarıqlarını artırmaqdır. Bununla yanaşı,kənd qadınlarının iqtisadi imkanlara bərabər çıxışını təmin etmək, onların kiçik təsərrüfat sahələrini inkişaf etdirməsinə yardım etməklə ərzaq təhlükəsizliyini daha da yaxşılaşdırmaq layihənin əsas məqsədlərindəndir.
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birgə icra olunur.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026