Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Türkiyənin bəzi tədqiqat mərkəzləri ilə “Qarğıdalının hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsini həyata keçirir.
Layihə çərçivəsində ekspert qismində Azərbaycana gəlmiş Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Adana şəhərindəki Doğu Akdeniz Tarım Araştırma İnstitutunun direktor müavini, qarğıdalı üzrə tədqiqatçı Dr. İbrahim Cerit, Doğu Akdeniz Tarımsal Araştırma Enstitüsü Müdürlüyünün əməkdaşı Dr. Gönül Cömertpayın və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki seleksiyası” şöbəsinin elmi işçisi Həlimə Məmmədovanın birgə iştirakı ilə Türkiyədən gətirilmiş qarğıdalının haploid xətlərinə aid toxumlar seçilərək laboratoriya şəraitində cücərdildikdən sonra tarlaya köçürülüb.
Layihə çərçivəsində Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili, fermerlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
07 Oktyabr 2026
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
07 Oktyabr 2026
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026