Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti yerlərdə \"Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı\"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.
Gürcüstan Respublikasında insanlar arasında sürətlə yayılan “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədi ilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır. Belə tədbirlərdən biri də Qax Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun Qaxingiloy kənd sakini Papiaşvili Zuraya məxsus 10 baş, Əlibəyli kənd sakini Şioşvili Aludaya məxsus 15 baş donuz saxlanılan təsərrüfatlarda icra edilib. Baytarlıq mütəxəssisləri təsərrüfatlarda saxlanılan donuzlara kliniki baxış keçiriblər. Kliniki müayinə zamanı donuzların heç bir infeksion xəstəliyin əlamətləri aşkar edilməyib. 3 aydan yuxarı donuzlarda qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Həmçinin donuzlar saxlanılan ərazilərin mexaniki təmizliyindən sonra 430 kvadratmetr sahədə profilaktik dezinfeksiya və dezinseksiya işləri icra edilib.
Baytar mütəxəssisləri “donuz qripi” xəstəliyi barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə ediblər. Həmçinin, təsərrüfatlarda hər hansı narahatçılıq olan zamanı baytar həkimi ilə sıxı əlaqə saxlamalarının vacibliyini dilə gətiriblər.
Qeyd edək ki, hazırda Qax Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı cari ilin profilaktik peyvəndləmə və diaqnostik müayinələr aparılır. Artıq rayonda iribuynuzlu, təkdırnaqlı heyvanlar və donuzlar arasında qarayara, itlər arasında quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirlərinə başlanılıb. Eləcə də iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülüb, dezinfeksiya və dezinseksiya işləri yerinə yetirilir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024