Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində epizootik tədbirlər davam etdirilir.
Qazax rayonunda epizootik sabitliyi qorumaq məqsədi ilə 2019-cu il üçün təsdiq edilmiş “Epizootiya əleyhinə profilaktika və müalicə-diaqnostika tədbirlər” planına uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib. Belə ki, müvafiq dövr ərzində Aqrar Xidmətlər Agentliyinin Qazax Rayon Baytarlıq İdarəsinin əməkdaşları xüsusi təhlükəli infeksion xəstəliklərin qarşısını almaq üçün profilaktik tədbirlər görüb və xroniki yoluxucu xəstəlikləri müəyyən etmək üçün diaqnostiki müayinələr aparıb. Belə ki, 33755 baş iribuynuzlu, 144141 baş xırdabuynuzlu, 1022 baş təkdırnaqlı heyvanda qarayara, 60119 baş iribuynuzlu heyvanda, 100686 baş xırdabuynuzlu heyvanda dabaq, 32598 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 3942 baş iribuynuzlu heyvanda leptospiroz, 156057 baş xırdabuynuzlu heyvanda çiçək, 14529 baş xırdabuynuzlu heyvanda, 2612 baş iribuynuzlu heyvanda bruselyoz, 4949 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 409203 başda “La-sota” vaksini, 251719 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1341 baş iribuynuzlu heyvandan, 77 ana qoyun və 77 baş qoçdan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Bununla yanaşı, Qazax rayonunda vərəmə görə 2034 baş iribuynuzlu, manqoya görə 575 baş təkdırnaqlı heyvan diaqnostik müayinəyə cəlb olunub.
Həmçinin Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvan saxlanan və satılan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparılıb. Cari ilin müvafiq dövrü ərzində Qazax rayonunda 141 obyektdə 26807 kvadratmetr ərazidə dezinfeksiya tədbirləri yerinə yetirilib. Aparılacaq tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Rayon ərazisində aparılan tədbirlərlə yanaşı, mütəmadi olaraq fermerlər və sahibkarlar arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirilir.
Qeyd edək ki, hazırda Qazax rayonunda xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri davam etdirilir. Tədbirin yaxın günlərdə yekunlaşması nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024