Kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan təlabatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Bununla baglı daimi olaraq fermerlərin yanında olmaq, qarşılaşdıqları problemləri yerində həll etmək, bu sahədə müvafiq bilgilər vermək, yeni innovativ texnologiyaların tətbiqi və əyani nümayişi qarşıya qoyulan əsas vəzifələrdəndir.
Bununla əlaqədar Qobustan rayonunda Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bölgə Təcrübə Stansiyasında yerli fermerlərinin iştirakı ilə “Yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə taxıl toxumunun təmizlənməsi, dərmanlanması və qablaşdırılması”na həsr olunmuş regional müşavirə keçiriləcək. Müşavirədə respublikada toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, yeni perspektiv sortların toxumlarının nümayişi, müasir toxumtəmizləmə qurguları ilə toxumun təmizlənməsi, dərmanlanması və qablaşdırılması prosesi ilə əyani tanış olacaq və fermerlərlə fikir mübadiləsi aparılacaq. Müşavirənin keçirilməsində əsas məqsəd istehsalçı fermerlərin sertifikatlı toxuma maragını stimullaşdırmaqdır.
Tədbirdə Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri və bölgə fermerləri iştirak edəcəklər.
Azərbaycan və ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub
19 Noyabr 2026
Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub
19 Noyabr 2026
Zaqatalada Dövlət Proqramı çərçivəsində təsərrüfatlara baxış keçirilib
19 Noyabr 2026
Bakıda “Peşə Təhsili Forumu” keçirilib
19 Noyabr 2026
Xaçmazda beynəlxalq ekspertin iştirakı ilə müasir bağçılıq üzrə sahə görüşü keçirilib
19 Noyabr 2026