Respublika Süni Mayalanma Mərkəzində Dövlət Toxum Fondunun təşkilatçılığı ilə qərb bölgəsində heyvandarlıq sahəsində prioritetlərin müəyyənləşdirilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılmasının daha səmərəli təşkili məqsədi görüş keçirilib.
Görüşdə Dövlət Toxum Fondunun sədr müavini Elton Əbdurəhmanov, Fondun Satış və Biznesin inkişafı şöbəsinin müdiri Mədinə Əliyeva, Kənd Təsərrufatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova, Süni Mayalanma Mərkəzinin müdiri Ramiq Abbasov, Samux, Göygöl, Qazax, Ağstafa, Daşkəsən, Tovuz, Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və süni mayalanma mütəxəssisləri iştirak edib.
Görüşdə çıxış edən Kənd Təsərrufatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Dövlət Toxum Fondunun sədr müavini Elton Əbdurəhmanov bildirib ki, Fond ilə Süni Mayalanma Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “ToxumArt” mağazalarında heyvan toxumlarının satışı təşkil olunub. Onun sözlərinə görə, süni mayalandırma üzrə mütəxəssislər “ToxumArt” mağazalarında toxumlarla yanaşı, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatları da əldə edə bilərlər.
Görüşdə qərb bölgəsində yerləşən rayonlarda süni mayalandırmada istifadə olunan zəruri ləvazimatların satış həcminin artırılması, satış strategiyası və digər tədbirlərin təşkili üçün müvafiq işlərin görülməsi mövzusunda müzakirələr aparılıb, mütəxəssislərin təklifləri qeydə alınıb.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026