Havaların getdikcə sərinləşməsi ilə əlaqədar heyvan sürüləri yaylaqdan qışlaqlara qayıdır. Respublika ərazisində yaylaqdan qışlağa- Arana köç təxminən bir ay davam edir. Sürülər yol gələnə kimi heyvanların qışı keçirəcəyi tövlələr, yataqlar sahibkarlar tərəfindən mexaniki təmizlənir, baytar həkimlərinin tövsiyə və iştirakı ilə həmin yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, bu tədbirlər yaylaqdan dönən heyvanların müxtəlif iti yoluxucu və invazion xəstəliklərdən qorunması məqsədi ilə aparılır və sürünün sağlamlığına xidmət edir. Odur ki, heyvan sahibləri qışlaq ərazilərində və heyvanların qışı keçirəcəkləri tövlələrdə mexaniki təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılmasına xüsusi diqqət göstərməlidirlər.
Profilaktik dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri zamanı xüsusi məhlullar “DUK” maşınları və avtomatik çiləyicilər vasitəsi ilə güclü axın şəklində əraziyə səpilir. Heyvanlara ziyan verən və xəstəlik törədicilərinin yayılmasında mühüm rol oynayan həşəratlara qarşı kompleks mübarizə tədbiri olan dezinseksiya tədbiri aparıldıqdan sonra obyekt təsərrüfat sahibinin istifadəsinə verilir.
Qeyd edək ki, müraciət əsasında kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılır. Profilaktik tədbirlər isə Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş tariflərə uyğun yerinə yetirilir.
Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hal-hazırda ölkə ərazisində epizootik durum sabitdir və lazımi təşkilatı-təsərrüfat tədbirləri davam etdirilir.
Azərbaycan nümayəndə heyəti FAO-nun Balıqçılıq Komitəsinin 37-ci sessiyasında iştirak edir
08 Sentyabr 2026
Azərbaycan nümayəndə heyəti Budapeştdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edir
08 Sentyabr 2026
Göygöl rayonunda III Moruq və Aqrar Biznes Festivalları keçirilib
08 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin sentyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Sentyabr 2026
Göygöldə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
07 Sentyabr 2026