Qobustan Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin ilk günlərindən başlayaraq 12 sahə baytarlıq məntəqəsi vasitəsilə rayonun 1 şəhər və 26 kəndində saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.
Artıq rayonun ayrı-ayrı təsərrüfatlarında 28009 baş iribuynuzlu, 635 baş təkdırnaqlı heyvanda qarayara, 2345 baş sahibli itdə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 2235 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunəsi götürülərək 650 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya tədbirləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral aynın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Aparılan tədbirlər çərçivəsində həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edilir.
Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra Qobustan rayonunda ev quşları arasında nyukasl, nodulyar dermatit, leptospiroz, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında burselyoz və epedidemit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026