Quba Dövlət Aqrar İnkişaf Mərkəzində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “İntensiv meyvəçilik” və “Meyvə bağlarında xəstəliklərə qarşı profilaktiki tədbirlər” mövzularında təlimlər keçirilib. Təlimlərdə Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) əməkdaşları və yerli fermerlər iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Quba DAİM-in direktoru Çingiz Kərimov və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun elmi-işlər üzrə direktor müavini Vahid Əliyev keçiriləcək təlimlərin DAİM əməkdaşlarının və eyni zamanda yerli fermerlərin maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması üçün nəzərdə tutulduğunu qeyd ediblər.
“İntensiv meyvəçilik” proqramı üzrə təlimdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Meyvə bitkilərinin becərilməsi texnologiyası şöbəsinin müdiri Əmrah Babayev \"İntensiv Bağçılıq\" və həmin şöbənin baş elmi işçisi Teymur Kərimov \"Superintensiv alma bağının idarə olunması\" mövzusunda məruzə ilə çıxış ediblər.
“Meyvə bağlarında xəstəliklərə qarşı profilaktiki tədbirlər” proqramı üzrə təlimdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun İnteqrir mübarizə texnologiyaları şöbəsinin baş elmi işçisi Mədət Qurbanov \"Meyvə bağlarında xəstəliklərə qarşı profilaktiki tədbirlər” və institutun Aqroekologiya və analizlər laboratoriyasının müdiri Faiq Əliyev \"Pestisid və sair mübarizə vasitələrində səmərəlilik. Orqanik və ya konvensional becərmə. İnteqrir mübarizədə tutucu, tələ və fərdlər boşluğu yaradan pestisid aktivliyinə malik bitkilərdən istifadə\" mövzusunda məruzə ilə çıxış ediblər.
Təlimlərdə geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Təlimlərin yekununda iştirakçılara Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nəşr etdiyi kitab və bukletlər paylanılıb.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026