Quba Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında yaradıldığını bildirib. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etməkdir. Bundan başqa DAİM-lərin yaradılması fermerlərlə işi gücləndirməyə, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmağa imkan verəcək.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Dövlət Fitosanitar Xidməti, Aqrar Elm və İnnovasiya Mərkəzi) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə, 68 növ xidmət göstərilir. Quba DAİM-in əməkdaşlarının sayı 53 nəfərdir. Mərkəzin inzibati binasının 1712 kvadratmetr sahəsi var. İnzibati bina üç mərtəbə və bir mansardadan ibarətdir. Binada ümumilikdə 38 otaq var.
Vüqar Hüseynov qeyd edib ki, Quba DAİM-də bir laboratoriya və mərkəz fəaliyyət göstərir. Quba Regional Aqrokimya Laboratoriyası əkinəyararlı torpaqların aqrokimyəvi tədqiqatlarını, pasportlaşmasını və kartoqramların hazırlanmasını həyata keçirir. Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzində isə toxumluq əkinlərin aprobasiyası təşkil edilir, toxumların keyfiyyət göstəriciləri müəyyənləşdirilir və sertifikatlaşma həyata keçirilir.
Nazirlik rəsmisi bildirib ki, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlayıb: “DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da yaradılıb. Fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunan bu Şuraların əsas vəzifələri yerlərdə problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etməkdir. Şuralar həmçinin ictimai nəzarəti həyata keçirir, subsidiyaların verilməsində şəffaflığı təmin edir, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verirlər. Fermer və Koordinasiya Şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcəklər”.
Təqdimat çərçivəsində media nümayəndələri Quba Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış şəraitlə tanış olub, fermerlərlə görüşüb, Quba Regional Aqrokimya Laboratoriyası və . Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzində görülən işlərlə maraqlanıblar.
Nazir Məcnun Məmmədov İordaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
04 Dekabr 2024
Naxçıvan Muxtar Respublikasının rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
03 Dekabr 2024
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağsuda vətəndaşları qəbul edəcək
03 Dekabr 2024
Quba və Xaçmazda təsərrüfatlara 100 min manata yaxın aqrar sığorta ödənişi edilib
03 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin dekabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
03 Dekabr 2024