Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi və Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 14-15 fevral 2019-cu il tarixlərində Quba fermer evində “Meyvə bağlarında budama, forma vermə və calaq vurma əməliyyatlarının aparılması” mövzusunda iki günlük təlim kursu təşkil olunacaq. Kursun sonunda iştirakçılara təlim prossesində əldə etdikləri bilik və bacarıqlara dair Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən xüsusi Sertifikat veriləcək.
Kursda iştirak etmək istəyən şəxslər 13.02.2019-cu il tarixinədək Quba fermer evinə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: İslam Bəyəhmədov (050-517-34-70)
Ünvan: Quba rayonu Timirzayev qəsəbəsi
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026