Quba Dövlət Aqrar İnkişaf Mərkəzində “Dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim-seminar keçirilib.
Təlimdə əkinçiliklə məşğul olan 22 fermer iştirak edib.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi Sevindik Dünyamalıyev bildirib ki, seminarın məqsədi bölgədə yetişdirilmiş məhsulun vaxtında, itkisiz və keyfiyyətli tədarük olunması ilə bağlı geniş məlumat verməklə yanaşı, fermerlərin maddi rifahının yaxşılaşdırılması yolunda elmi məsləhətlər vermək və mövcud problem və məsələləri müzakirə etməkdir.
Eyni zamanda, təlim iştirakçılarına məhsul yığımının vaxtında, itkisiz yerinə yetirilməsi üçün təhlükəsizlik qaydalarına əməl olunması tövsiyə olunub. Bu məqsədlə sahədə yanğına qarşı mübarizə tədbirlərinin aparılması, qoruyucu zolaqların 3-4 metr enində şumlanması, xırmanın və anbarların təmizlənib dezinfeksiya edilməsi, suvarılan sahələrdə kombaynın normal hərəkətinin təmin edilməsi, su kanallarının doldurulması üçün vacib olan ən mühüm tədbirlərin aparılması yolları fermerlərə izah edilib.
Təlim zamanı müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026