Quba rayonunda yerləşən “Fermer evi”ndə “Meyvə bağlarında budama, forma vermə və calaqvurma əməliyyatlarının aparılması” mövzusunda keçirilmiş təlimin iştirakçılarına sertifikatlar təqdim olunub.
Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin Aqrar Elm və İnnovasiya Mərkəzi ilə birgə təşkil etdiyi nəzəri və praktik təlimlər iki gün davam edib.
Təlim prosesində fermerlərə müasir texnologiya əsasında budama qaydaları, sanitar, cavanlaşdırıcı və dərin budamalar, calaqvurma və müxtəlif ağac xəstəlikləri haqqında yeni məlumatlar verilib.
Təlimçilər ağacların düzgün budanmasının məhsuldarlıq üçün nə qədər vacib olduğunu fermerlərə təqdimatlarla izah edib. Bildirilib ki, budama işini aqronomların məsləhəti və nəzarəti altında həyata keçirmək lazımdır. Bu proses bitkilərin boy və inkişafının stimullaşdırılmasına, ağaca müəyyən quruluş verilməsinə, lazım gəldikdə hündürlüyünün tənzimlənməsinə, bitkinin işıq və havalanma rejiminin nizamlanmasına xidmət edir. Budama zamanı bitkinin bioloji və sort xüsusiyyətləri, ağacların yaşı, çətirin forması nəzərə alınmalıdır.
Sertifikatların təqdimat mərasimində nazirliyin təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktorunun müavini Samir Süleymanov, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov çıxış edərək, ölkəmizdə aqrar sahədə aparılan islahatlardan və təlimlərin əhəmiyyətindən danışıblar.
Vurğulanıb ki, yeni superintensiv meyvə bağlarında məhsuldarlığı artırmaq üçün aqrotexniki işlər düzgün görülməli və vaxtında aparılmalıdır. Bağ sahibləri innovativ metodlardan geniş istifadə etməlidirlər.
Sonda 30-a yaxın fermerə təlim prosesində əldə etdikləri bilik və bacarıqlara dair Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən sertifikatlar verilib.
Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
28 Aprel 2026
Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir
28 Aprel 2026
AKİA sədri Yalçın Camalov Naxçıvanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
27 Aprel 2026
Cəbrayılın Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
27 Aprel 2026
Cenevrədə Azərbaycanın aqrar sahədə rəqəmsallaşma, iqlimə dayanıqlılıq və fermer mərkəzli yanaşma üzrə təcrübəsi təqdim edilib
27 Aprel 2026