Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Qubadlı Rayon Baytarlıq İdarəsinin səyyar baytar həkim briqadası tərəfindən qubadlıdan olan məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir. Baytarlıq baxışı zamanı heyvanlar müayinə edilir, aşkar edilən xəstəliklərə qarşı müalicə işləri aparılır.
Epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar qubadlılara məxsus mal-qara saxlanılan binaların dezinfeksiyası və dezinseksiyası da aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq H.Z. Tağıyev qəsəbəsində məskunlaşan Kamal İsmayıl oğlu Məmmədova məxsus təsərrüfata baxış keçirilib, 650 kvadratmetr ərazidə dezinfeksiya işləri aparılıb.
Heyvanlar saxlanılan binalarda aparılan tədbirlər zamanı almerdehyde, ektosan, kreolin, formalin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.
Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində 68500 kvadratmetr ərazidə dezinfeksiya tədbirləri aparılıb.
Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.
Rayonun baytar həkimləri “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun qubadlıların təsərrüfatlarında saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələri də icra ediblər.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 200 baş iribuynuzlu və 50 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) burselyoz xəstəliyinə görə qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 50 baş qoçda infeksion epidedimitə görə seroloji müayinələr aparılıb və yoluxma aşkar edilməyib.
Həmçinin cari ilin ötən dövrü ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, infeksion nodulyar dermatit, leptospiroz, çiçək, bruselyoz, ev quşları arasında nyukasl xəstəliyinə qarşı “La-sota” vaksini, və “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Qubadlı Rayon Baytarlıq İdarəsinin əməkdaşları məcburi köçkünlərin saxladıqları heyvanlar arasında profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər, heyvan sahibləri arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri də həyata keçirir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024