Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı, Abşeron və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.
“Kənddən Şəhərə” Qurban bayramı yarmarkasının təşkilində əsas məqsəd vətəndaşların alternativ seçim imkanlarını artırmaq, onlayn xidmətlərdən istifadəni təşviq etmək və karantin rejimi ilə əlaqədar əhalinin sıx toplaşmasının qarşısını almaqdır.
Yarmarka Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun şəkildə keçiriləcək. Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün https://qurbanliq.kendden.az/ satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.
Qurbanlıqların onlayn sifarişi dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almağa və onların sağlamlıqlarının qorunmasına xidmət edəcək. Qurbanlıqların kəsimi islami qaydalara uyğun şəkildə yalnız Qida Təhlükəsizliyi Agentliyində rəsmi qeydiyyatdan keçən kəsimxanalarda həyata keçiriləcək. Kəsim məntəqələrində bütün sanitar-gigiyenik qaydalar ən yüksək səviyyədə qorunacaq, xidməti personal xüsusi əlcək, maska və baş geyimində fəaliyyət göstərəcək. Satış məntəqələrində vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına isə xüsusi nəzarət ediləcək.
Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar https://qurbanliq.kendden.az/ saytına daxil olaraq 16 iyul 00:00-dan 19 iyul 00:00-dək şəxsi məlumatlarını mövcud xanalar üzrə qeyd edə və satış məntəqələri üçün onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürmək istədikləri məntəqə ünvanlarını, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunur. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kiloqram üçün müəyyən olunmuş məbləğdə hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdikləri zaman portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman ödəyəcəklər. Qurbanlıqlar yalnız kəsilmiş formada vətəndaşlara təqdim olunacaq.
Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna sifarişin təsdiq edilməsi barədə SMS-bildiriş göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri tarix və saatda müvafiq ünvana yaxınlaşaraq mobil telefonlarına göndərilmiş təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdikləri qurbanlığı kəsilmiş formada əldə edə biləcəklər.
Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində aşağıda qeyd edilən satış məntəqələrindən götürə biləcəklər:
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024