Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Qusar Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq Qusar rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparır. Profilaktik tədbirlər 15 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun 1 şəhər, 1 qəsəbə və 88 kəndində saxlanılan heyvanlar arasında icra edilir. Hazırda Qusar rayonu ərazisində 40798 baş iribuynuzlu, 82327 baş xırdabuynuzlu, 1362 baş təkdırnaqlı heyvan, 195300 baş quş və 11673 arı ailəsi mövcuddur.
Qusar Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun Yuxarı Zeyxur kəndində yerləşən, sahibkar Abdurəhimov Zöhrab Ağamət oğluna məxsus təsərrüfatda 29 baş iribuynuzlu heyvan arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, rayonun ayrı-ayrı təsərrüfatlarında 32861 baş iribuynuzlu, 945 baş təkdırnaqlı heyvanda və 107 baş donuzda qarayara, 3849 baş sahibli itdə quduzluq, 5000 baş körpə cücələrdə (“Las-sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 10117 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq 4000 kvadratmetr sahədə dezinfeksiya tədbirləri görülüb.
Fevral ayının 10-dan isə Qusar rayonunda iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (iribuynuzlularda A,O,“Asiya-1”, Tur-15 tiplərinə qarşı) polivalent vaksinlə peyvəndləmə tədbirinə başlanılıb. Artıq 37458 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.
Aparılan tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.
Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra Qusar rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlar arasında nodulyar dermatit, leptospiroz, bruselyoz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, çiçək xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında burselyoz və epedidemit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
28 Aprel 2026
Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir
28 Aprel 2026
AKİA sədri Yalçın Camalov Naxçıvanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
27 Aprel 2026
Cəbrayılın Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
27 Aprel 2026
Cenevrədə Azərbaycanın aqrar sahədə rəqəmsallaşma, iqlimə dayanıqlılıq və fermer mərkəzli yanaşma üzrə təcrübəsi təqdim edilib
27 Aprel 2026