Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Saatlı, İmişli və Zaqatala rayonlarında “İribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlimlər keçirilib.
Aqrar Xidmətlər Agentliyinin rayon baytarlıq idarələrinin təşkil etdiyi təlimlərdə iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyi barədə ətraflı məlumat verilib. Xəstəliyin yaranma səbəbləri, yoluxma yolları, klinik əlamətləri, gedişi, profilaktikası və təsərrüfatlara vurduğu iqtisadi zərər (balasalma, qısırlıq və s.) haqqında danışılıb.
Qeyd olunub ki, bruselyoza yoluxmuş heyvanlar müalicə olunmur, çıxdaş olunaraq baytarlıq-sanitariya qaydalarına riayət etməklə kəsimə göndərilir. Eləcə də bildirilib ki, fermerlər bruselyoz xəstəliyindən qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidirlər.
Təlim çərçivəsində ölkəmizdə xəstəliyin profilaktikası üçün xüsusi Brudol-A Şt-19 tipli vaksindən istifadə edildiyi vurğulanıb.
Göz damcısı üsulu ilə həyata keçirilən bruselyoz xəstəliyi əleyhinə peyvəndləmə yalnız rayon baytarlıq idarəsinin baytar həkimləri tərəfindən aparılır.
Peyvənd olunmuş heyvanlarda dörd il müddətinə immunitet yaranır.
Təlimdə heyvan sağlamlığı, zoonoz xəstəliklər, onların yaranma səbəbləri və profilaktikası, eləcə də Aqrar Xidmətlər Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.
Tədbirdə fermerlərə peyvəndləmələrin vaxtında və keyfiyyətlə aparması üçün baytar həkimlərinə müvafiq şərait yaratmaları tövsiyə olunub.
Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026