Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərində cari ildə istehsal olunmuş toxumların sertifikatlaşdırılması tədbirləri davam edir. Mərkəzlərin ən müasir texnoloji avadanlıqlarla təmin olunmuş mütəxəssisləri Sabirabad, Şamaxı, Qax, Tovuz rayonlarında laboratoriya avadanlıqlarının quraşdırılması və istifadə olunması qaydaları barədə işçiləri təlimatlandırıblar.
2018-ci ildə toxum istehsalçıları tərəfindən istehsal olunmuş toxumların sertifikatlaşdırlması, eyni zamanda toxum istehsalçısı olmayan hüquqi və fiziki şəxslər tərəfindən istehsal və idxal olunmuş toxumların keyfiyyət analizləri bu Mərkəzlərdə aparılacaq. Digər Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərində təlimlərin keçirilməsi davam etdirilir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026