Quba rayonunda “Respublikanın şimal bölgəsində payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib. Tədbirdə Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Abşeron və Qobustan rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və mütəxəssisləri iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə keçirilən müşavirədə bildirilib ki, payızlıq taxıl bitkilərinin səpini üçün iqlim şəraitinin əlverişsiz keçməsinə baxmayaraq ümumilikdə respublikanın əksər rayonlarında taxıl bitkilərinin səpini optimal müddətdə, yəni oktyabr-noyabr ayılarında aparılaraq bir milyon hektardan çox payızlıq taxılların səpini başa çatdırılıb.
Müşavirədə taxıl sahələrinin fitosanitar vəziyyəti, növbəti mərhələlərdə aparılacaq aqrotexniki tədbirlərin yerinə yetirilməsi üçün pestisidlərdən vaxtında və düzgün istifadə edilməsi və yemləmə gübrələri ilə təminatın vəziyyəti şimal rayonlarının DAİM rəhbərlərinin və Aqrar Xidmətlər Agentliyinin mütəxəssislərinin iştirakı ilə müzakirə edilib.
Müşavirədə çıxış edən Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə Mərkəzinin direktoru Azad İbrahimov taxıl sahələrinin fitosanitar vəziyyəti və qarşıda duran işlər, taxıl əkinlərində aparılmış monitorinqlər, həyata keçirilən tədbirlər, çətinliklər və onların həlli yolları barədə məlumat verib.
Tədbirdə taxıl sahələrinin suvarılmasının intensivləşdirilməsi, alaq otları və ziyanvericilərə qarşı mübarizə aparılması məqsədilə təsirli tədbirlərin həyata keçirilməsi tapşırılıb və nəticəsi barədə müntəzəm məlumatların təqdim olunması qərara alınıb.
Tədbirin sonunda Quba rayonunun bir neçə kəndində taxıl sahələrinə baxış keçirilib, müvafiq məsləhətlər verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
09 Oktyabr 2026
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub
09 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Naxçıvanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
08 Oktyabr 2026
Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri həyata keçirilir
08 Oktyabr 2026
Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib
08 Oktyabr 2026