Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 2019-cu ilin məhsulu üçün əkilmiş payızlıq taxıl sahələrində, meyvə bağlarında, çoxillik və təbii biçənəklərdə siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Dövlət Fitosanitar Xidmətinin Qax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən dekabr ayında 4800 hektar sahədə fitosanitar müşahidə işləri aparılıb və 4125 hektar payızlıq taxıl sahəsi, 48 hektarı çoxillik biçənək sahələri, 69 hektar təbii biçənək sahələri, 8 hektarı meyvə bağları olmaqla, rayon üzrə 4250 hektar sahədə siçanabənzər gəmiricilərlə sirayətlənmə aşkar olunub. Gəmiricilərin işlək yuvalarının sayı İqtisadi Zərərvermə Həddindən çox aşkar edilmiş sahələr əsasən payızlıq taxıl sahələri olub.
Rayon üzrə 2857 hektar payızlıq taxıl sahəsi də olmaqla, dövlət büdcəsi hesabına “brodifak” preparatı vasitəsilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Kimyəvi mübarizə əsasən rayonun Cəlayır, Ağyazı, Almalı, Qaşqaçay, Lələli, Şotavar və Əlibəyli kəndlərində həyata keçirilib. Cəlayır və Dəymədağlı kəndlərini əhatə edən 110 hektar sahədə təsərrüfat subyektləri hesabına kimyəvi mübarizə həyata keçirilib. Şotavar kəndini əhatə edən 16 hektar sahədə isə suvarma həyata keçirilməklə aqrotexniki mübarizə aparılıb.
Rayon üzrə dekabr ayında 2983 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı kimyəvi və mexaniki mübarizə aparılıb.
Bildirək ki, noyabr və dekabr aylarında payızlıq taxıl sahələrini əhatə edən 4903 hektar sahədə (noyabrda 2046 hektar, dekabrda isə 2857 hektar) dövlət büdcəsi hesabına verilmiş “brodifak” preparatı vasitəsilə aldadıcı yem şəklində, 110 ha sahədə təsərrüfat subyektləri hesabına kimyəvi və 16 hektar sahədə suvarma həyata keçirilməklə aqrotexniki mübarizə aparılıb.
Yevlax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəsisləri tərəfindən dekabr ayında rayonun Qaraməmmədli, Bəydili, Ərəbbəsrə və Ərəş kəndlərini əhatə edən 2100 hektar taxıl əkini sahəsində siçanabənzər gəmiricilərinin yayılmasını müəyyən etmək üçün fitosanitar müşahidə işləri aparılıb və 1800 hektar sahədə sirayətlənmə aşkar edilib.
Zərərvericilərə qarşı 1550 hektar sahədə dövlət büdcəsi hesabına alınmış \"Brodifak” preparatından istifadə edilməklə kimyəvi mübarizə işləri aparılıb.
Balakən rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəsisləri tərəfindən rayon ərazisində dekabr ayında siçanabənzər gəmiricilərə qarşı 1400 hektar taxıl sahəsində və yeni əkilmiş fındıq bağlarında müsahidə aparılıb və 800 hektar sahədə sirayətlənmə askar olunub.
Müsahidə tədbirləri Meşəşambul, Kortala, Talalar, İtitala, Azəryem MMC-nin əkin sahələri və digər sahələri əhatə edib. 620 hektar sahədə dövlət büdcəsi hesabına alınmış \"Brodifak\" preparatından istifadə edilməklə kimyəvi mübarizə işləri aparılıb. İqtisadi səmərəlilik 89 % təşkil edib. Ümumilikdə isə payız mövsümündə 2000 hektar ərazidə siçanabənzər gəmiricilərə qarsı mübarizə aparılıb.
Yardımlı rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəsisləri tərəfindən siçanabənzər gəmiricilərin yayılma arialını müəyyən etmək məqsədi ilə dekabr ayında Horavar, Vərgədüz, Yolocaq və Şiləvəngə kəndlərini əhatə edən 496 hektar sahədə fitosanitar müşahidə işləri aparılıb və 444 hektar sahədə sirayətlənmə aşkar olunub.
Horavar və Vərgədüz kəndlərini əhatə edən ümumilikdə 159 hektar sahədə dövlət büdcəsi hesabına alınmış \"Brodifak\" preparatından istifadə edilməklə kimyəvi mübarizə işləri aparılıb.
Qəbələ rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəsisləri tərəfindən dekabr ayında 3460 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidə işləri aparılıb və 1940 hektar sahədə sirayətlənmə aşkar olunub. Dövlət büdcəsi vəsaiti hesabına “Brodifak” preparatı vasitəsi ilə 670 hektar sahədə kimyəvi mübarizə işləri aparılıb. Kimyəvi mübarizə əsasən Qaş sahəsində Kürd kəndinin ərazisində fermer Eyyub Alıyevə, “Gilan Dairy Farms” MMC-yə, Bayramkoxa kəndində fermer İnqilab İsayevə və Soltannuxa kəndində fermer Şahin Mustafayevə məxsus taxıl sahələrində həyata keçirilib.
Qeyd edək ki, bölgələrdə fitosanitar müşahidə və mübarizə tədbirləri hazırda davam etdirilir və mübarizənin bioloji səmərəliliyi 88-92% təşkil edib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024