Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) məlumatından dərhal sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə çiçək xəstəliyi əleyhinə əlavə 15 min doza miqdarında vaksin göndərilib. Vaksin lazımı temperatur rejimi gözlənilməklə Quba, Qusar və Xaçmaz rayonlarına çatdırılıb.
Peyvəndləmə tədbirləri “soyuq zəncir” prinsipi gözlənilməklə sahə baytarlıq məntəqələrinə çatdırılaraq heyvanlara tətbiq edilib. Artıq bu günlərdə Rusiya Federasiyası ilə həmsərhəd olan rayonlarında çiçək xəstəliyinə qarşı aparılan peyvəndləmə tədbiri yekunlaşıb.
Qeyd edək ki, Dövlət Baytarlıq Xidməti və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə bölgələrə ezam olunub, rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri lazımi avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin ediliblər.
Həmçinin “soyuq zəncir” prinsipinə uyğun olaraq bu rayonlarda 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda nodulyar dermatit və dabaq xəstəliikləri əleyhinə peyvəndləmə tədbirləri aparılıb.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı-təsərrüfat tədbirlərini davam etdirir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026