2019-cu ildə çəyirtkəkimilərə qarşı mübarizə işlərinin səmərəli təşkili məqsədi ilə artıq lazımı tədbirlərin həyata keçirilməsinə start verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin ciddi nəzarəti altında olan mübarizə tədbirlərini vaxtında həyata keçirmək üçün onların çıxma vaxtı dəqiq təyin edilir və mübarizə tədbirlərinin başlanması ilə bağlı müvafiq işlər görülür.
Bu günlərdə çəyirtkəkimilərə qarşı mübarizə işlərinə hazırlıqla bağlı Dövlət Fitosanitar Xidməti (DFX) tərəfindən Sabirabad rayonunda toplantı keçirilib. DFX-nin rəhbərliyinin, Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin, həmçinin Biləsuvar, Sabirabad, Saatlı və İmişli rayon bitki mühafizəsi mərkəzlərinin rəislərinin iştirakı ilə baş tutan toplantıda çəyirtkəkimilərlə mübarizənin səmərəli təşkili üçün vacib olan məsələlər, çatışmazlıqlar və onların həlli istiqamətində görülməli olan işlərə dair müzakirələr aparılıb.
Çəyirtkəkimilərə qarşı mübarizə işlərinin səmərəli təşkili istiqamətində lazımı tədbirlərə start verildiyini söyləyən DFX-nin rəis müavini Zamil Həsənov zərərvericilərlə mübarizə işlərinin səmərəli təşkilinin ciddi nəzarətdə saxlanıldığını diqqətə çatdırıb: “Çəyirtkəkimilərlə sirayətlənmiş ərazilərdə mütəmadi olaraq aparılan monitorinqlərin nəticələri barədə məlumatlar həm Respublika Bitki Mühafizəsi Mərkəzinə, eləcədə məlumatların toplanmasının avtomatlaşdırılması sistemi vasitəsi ilə FAO-ya təqdim edilir. Mübarizə tədbirlərini vaxtında həyata keçirmək üçün onların çıxma vaxtının dəqiq təyin edilməsi vacib məsələlərdəndir. Bunun üçün mütəmadi olaraq rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri çəyirtkə ilə sirayətlənmiş ərazilərdə monitorinqlər aparır, yerli əhali, əsasəndə çobanlar və fermerləri bu sahədə maarifləndirir və onlarla daimi əlaqə saxlayırlar”.
Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis əvəzi Şükür Əhmədov çəyirtkəkimilərin fiziologiyası, yayılma coğrafiyası, kənd təsərrüfatına vurduqları ziyan və onlara qarşı aparılan mübarizə tədbirləri ilə bağlı iştirakçılara məlumat verib. Çəyirtkələrin kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vuran xüsusi təhlükəli zərərvericilər olduğunu diqqətə çatdıran Ş.Əhmədov bildirib ki, kütləvi çoxalma zamanı çəyirtkələr sürülər əmələ gətirərək bütün yaşıllıqları məhv edir: Mərakeş çəyirtkəsinin əsas ocaqlarında kütləvi surətdə məhv olma iyunun ikinci yarısına təsadüf edir.
Adıçəkilən zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması qaydası barədə məlumat verən Şükür Əhmədov qeyd edib ki, çəyirtkələrlə mübarizə məqsədilə son illər xüsusi ultra kiçik həcmli çiləyicilərə üstünlük verilir: “Belə ki, bu çiləmələr zamanı preparatlar birbaşa çiləyicilərə tökülüb su əlavə etmədən tətbiq olunur. Bundan fərqli olaraq adi çiləmədə işçi məhlulun sərfiyat norması sürfələrin yaşından və bitkinin hündürlüyündən asılı olaraq 200-400 l/ha təşkil edir. Mübarizə məqsədi ilə əsasən təsiredici maddəsi sipermetrin, alfa sipermetrin, xlorpirifos və s. tərkibli preparatlarda istifadə olunur. Sürfələrə qarşı mübarizə tədbirlərinə çəyirtkələrin 2-3 yaş dövründə aparılması daha səmərəlidir, çünki qanadlandıqdan sonra onlara qarşı mübarizə aparmaq çətinləşir. Əsasən mübarizə işlərinin səhər tezdən və axşam saatlarında, sürfələr bir yerə yığıldıqda (kuliqa halında) aparılması məsləhətdir”.
Tədbirdə çıxış edən digər mütəxəssislər ölkədə fitosanitar sabitliyi qorunması və xüsusi təhlükəli zərərvericisi olan çəyirtkələrlə mübarizə işlərinin səmərəli təşkili üçün bütün qüvvələrini sərf edəcəklərini diqqətə çatdırıblar.
Toplantıdan sonra iştrakçılar çəyirtkələrlə sirayətlənmə ehtimalı yüksək olan Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Salyan rayonlarının ərazisini əhatə edən Küdrü düzundə monitorinqlər aparıblar. Küdrü düzünün Saatlı və İmişli rayonlararına aid olan ərazilərində çəyirtkənin küpəcikləri aşkar edilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024