Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Üç ildir pambıq əkini ilə məşğulam. 2016-cı ildə Sabirabadda dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair keçirilmiş respublika müşavirəsində iştirak etmişəm. Həmin ildən də pambıq əkirəm. Dövlət dəstəyindən də yararlanaraq birinci il 20, ikinci il 100, bu il 200 hektar pambıq əkmişəm.
Nunu Sabirabadın Sərxanbəyli kəndinin sakini, fermer Dədəkişi Dövlətov deyib.
Pambıqçılığın inkişafı sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin öz bəhrəsini verməkdə olduğunu vurğulayan fermer qeyd edib ki, pambıqçılar lazımi kənd təsərrüfatı texnikaları və gübrələri güzəştli şərtlərlə alırlar: “Çətinliyimiz yoxdur, sahələri vaxtlı-vaxtında suvarırıq. Bu il məhsul ötən ildəkindən də çox olacaq. Mənimlə yanaşı, çoxları pambıq əkini ilə məşğuldur. Ötən ilin nəticələri bir daha göstərdi ki, pambıqçılıq kənd təsərrüfatında ən gəlirli sahələrdən biridir. Bunu pambıqdan əldə etdiyimiz gəlirdən gördük. Şəxsən mənim 1 hektardan xalis gəlirim 3000 min manatdan çox olub”.
Sovet dövründə də pambıq becərdiyini xatırladan Dədəkişi Dövlətov kəndliyə yaradılan şəraitə görə minnətdarlığını bildirib. “Sağ olsun dövlətimiz, bizə lazımi şəraiti yaradıb, torpaq verib, güzəştli şərtlərlə texnika və gübrə alırıq, subsidiya ayrılır. Biz də çalışıb bunun qarşılığını verməli, ölkə iqtisadiyyatının inkişafına öz dəstəyimizi göstərməliyik”, - deyə fermer qeyd edib.
Qeyd edək ki, ötən il 17 min 292 ton xam pambıq istehsal edən sabirabadlı əkinçilər cari ildə 8 min 630 hektar sahədə “ağ qızıl” becəriblər. Məhsul yetişdirmək üçün rayonda bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, müqavilə bağlanılmış məhsul istehsalçıları texnika, toxum və dərman preparatları ilə təmin olunublar.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026