Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu fermerlərin sertifikatlı toxumlara və aqrotexniki qulluq vasitələrinə olan tələbatlarını ödəmək məqsədilə daha bir toxum mağazasını təqdim edib. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mazağa Sabirabadda açılıb. Açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyinin rəsmiləri, Sabirabad, Saatlı, İmişli, Ucar, Kürdəmir rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəsmiləri, Respublika Süni Mayalanma Mərkəzi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
“ToxumArt” mağazasında Dövlət Toxum Fondunun idxal etdiyi sertifikatlı, məhsuldar, yüksək reproduksiyalı buğda, arpa, kartof və xaşa toxumları mövcuddur. Mağazada Respublika Süni Mayalandırma Mərkəzinin istehsal etdiyi yerli və xarici buğa toxumlarının satışı həyata keçirilir. Süni mayalandırma mütəxəssisləri toxumlarla yanaşı, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatları əldə edə biləcəklər. Həmçinin süni mayalandırma üsulunun tətbiqi üçün nəzərdə tutulan yüksək keyfiyyətli ətlik və südlük buğa toxumlarının satışı “ToxumArt” mağazaları vasitəsilə daha da əlçatan olacaq.
Fermerlərə yerli tərəvəz toxumlarının təqdim edilməsinin əsas məqsədi ölkə fermerlərini mövcud bazar qiymətlərindən aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli, məhsuldar toxumlarla təmin etməkdir. “ToxumArt” mağazaları fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar təqdim edir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026