Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə Yunanıstanın “Bios Agrosystems” şirkət arasında bağlanmış əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq yerli və xarici pambıq sortlarının Azərbaycanın torpaq-iqlim şəraitində qiymətləndirilməsi üzrə fəaliyyətlər davam etdirilir. Təcrübə sahələrində növbəti müşahidələrin aparılması və qiymətləndirilmənin həyata keçirilməsi məqsədilə “Bios Agrosystems” şirkətinin və Saloniki Universitetinin tədqiqatçı alimlərindən təşkil olunan 4 nəfərdən ibarət tədqiqat qrupu 9-12 sentyabr 2019-cu il tarixlərində Azərbaycanda səfərdə olublar. Mövcud səfər çərçivəsində mütəxəssislər Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEİM) və Tərtər RAEİM-in əkin sahəsində qoyulmuş təcrübələrə baş çəkib, sortlar üzrərində müşahidələr aparıb və qiymətləndirmə işlərini həyata keçiriblər. Sortların qiymətləndirilməsi əvvəlcədən hazırlanmış forma və metodikaya əsasən həm, xarici, həm də yerli mütəxəssislər tərəfindən aparılıb. Qiymətləndirmə işləri sortların tezyetişkənliyinə, yekcinsliyinə və məhsuldarlığına görə aparılıb.
Sınaq sahəsində müxtəlif sxemlər üzrə qoyulmuş təcrübələrdə məhsulun toplanılması qaydaları yerli mütəxəssislərə izah edilib. İlkin qiymətləndirmə zamanı sahədə sortların müxtəlif parametrlərə görə fərqliliyini aşkar etmək mümkün olub. “Bios Agrosystems” şirkətinin mütəxəssislərinin Azərbaycana növbəti səfərinin məhsulun yığılması dövrünə təsadüf edəcəyi gözlənilir. Toplanmış məhsuldan nümunələrin götürülməsi şirkətin mütəxəssislərinin nəzarəti altında həyata keçiriləcək, lifin keyfiyyət analizləri isə onlar tərəfindən aparılacaq.
Növbəti ildə aparılacaq sınaqların planı Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti şöbələrinin rəhbərlərinin iştirakı ilə müzakirə edilib. Tədqiqat qrupu tərəfindən Tərtər və Salyan rayonlarında yerləşən Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin əkin sahəsində 12 pambıq sortunun (2 Yunan sortu, 2 Amerika sortu, 4 yerli sort, 4 Türkiyə sortu) müqayisəli sınağı həyata keçirilir. Sınaqlar təklif edilən sortların ənənəvi becərmə texnologiyası ilə 4 sxem üzrə müqayisəli qiymətləndirilməsini nəzərdə tutur. Məqsəd məhsuldarlıq, vegetasiya müddəti, yerli iqlim şəraitinə dözümlülük göstəricilərinə görə fərqlənən sortları seçmək və müvafiq seleksiya işi aparmaqla həmin sortların lif keyfiyyətini artırmaq və nəhayət yerli toxumçuluğun təşkilinə nail olmaqdır.
“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
30 Oktyabr 2026
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
29 Oktyabr 2026
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin noyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
29 Oktyabr 2026
Saatlıda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026