Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, 2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Salyan rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Hazırda ölkədə olduğu kimi, Salyan rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Salyan Rayon Baytarlıq İdarəsinin 17 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun bütün 48 kənd və 2 qəsəbəsində aparılır.
Hazırda Salyan Rayon Baytarlıq İdarəsi tərəfindən Noxudlu kəndi ərazisində yerləşən Orucov Mirzəağa Xaliq oğluna məxsus kəndli (fermer) heyvandarlıq təsərrüfatında saxlanılan 187 baş holştein-friz cinsli və 240 baş yerli iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatlarda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 53853 baş iribuynuzlu, 705 baş təkdırnaqlı heyvanda qarayara, 3199 baş sahibli itdə quduzluq, 225000 baş körpə cücələrdə nyukasıl (“La-sota” ştammı ilə), 15406 baş iribuynuzlu heyvanda dabaq (A,O,“Asiya-1”,Tur-15 tiplərinə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1407 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də 11000 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb.
2019-cu ildə “quş qripi”nə görə keçirilən 2 seromonitorinqlər zamanı rayonun ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından 100 baş ev quşundan qan nümunələri, eləcə də rayondakı Şirvan Milli Parkından 11 baş köçəri quşdan patoloji nümunələr götürülərək Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmayıb.
Mart ayının ilk günlərindən isə Salyan Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 20 min baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Hazırda Salyan rayonu ərazisində 61000 baş iribuynuzlu, 170000 baş xırdabuynuzlu, 800 baş təkdırnaqlı, 613000 baş quş və 5000 baş sahibli it mövcuddur.
Salyan rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Daşkəsəndə kartof sahələrinə dəymiş zərərə görə fermerlərə sığorta ödənişləri edilib
19 Mart 2025
Qax rayonunda üzümçü fermerlər üçün tarla seminarı keçirilib
19 Mart 2025
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Balakəndə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Mart 2025
Naxçıvan Muxtar Respublikasında aqrar sığorta eksperti olmaq istəyən namizədlərə təlimlər keçirilib
18 Mart 2025
Nazir Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
17 Mart 2025