Salyan rayonunun Şorsulu kəndində “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində layihənin beynəlxalq və milli məsləhətçilər qrupunun, Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şorsulu bələdiyyəsinin üzvləri, fermerlər və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak iştirakçılara layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübəsi barədə məlumat verib.
Daha sonra Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxış edərək bildirib ki, layihə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. Nazir müavini qeyd edib ki, torpaq sahələrinin konsolidasiyası, təkcə Azərbaycan üçün deyil, dünyanın, o cümlədən Avropa ölkələrinin çoxunda aktual məsələlərdən biri kimi qəbul edilir. İlhamə Qədimova vurğulayıb ki, layihənin məqsədi torpaqların konsolidasiyası üzrə milli strategiyanı həyata keçirməklə yanaşı, respublikada kənd yerlərinin və kənd təsərrüfatının dayanıqlı inkişafına töhfə verməkdən ibarətdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov isə öz növbəsində rəhbəri olduğu rayonun pilot ərazi kimi seçilməsini müsbət qiymətləndirib. İcra başçısı əlavə edib ki, gələcəkdə də Salyan rayonunda həyata keçiriləcək layihələrin uğurla icrası üçün davamlı dəstək göstəriləcək.
Tədbirdə Layihənin Baş Texniki Eksperti Morten Hartvigsen, FAO-nun hüquqi məsələlər üzrə mütəxəssisi Margret Vidar əldə olunan nəticələrlə bağlı görüş iştirakçılarını məlumatlandırıb. Görüşdə Milli hüquq məsləhətçisi Samir İsayev, beynəlxalq hüquqi məsələlər üzrə məsləhətçi Tomas Versinskas, Milli Layihə Əlaqələndiricisi, qrup rəhbəri Amin İsmayılov tərəfindən Torpaqların konsolidasiyası üzrə Dövlət Proqramının, Milli Strategiyanın və qanunvericilik sənədlərinin təqdimatı keçirilib.
Tədbirin sonunda layihə ekspertləri torpaq mülkiyyətçilərini maraqlandıran sualları cavablandırıb, onların rəy və təkliflərini dinləyiblər. Kənd Təsərrüfatı Nazirliyi və FAO-ya öz təşəkkürünü bildirən fermerlər bu istiqamətdə növbəti layihələrin həyata keçirilməsini məqsədəuyğun sayıb.
Daha sonra layihə çərçivəsində Şorsulu kəndində fermerlərin istifadəsi üçün kanal üzərində inşa edilmiş piyada keçidinin açılış mərasimi keçirilib.
Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi təsis edilib
29 Sentyabr 2023
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edib
29 Sentyabr 2023
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
29 Sentyabr 2023
Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib
28 Sentyabr 2023
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
28 Sentyabr 2023