Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, sirayətlənmə əsasən rayonun Qarasaqqal və Qara ağac kəndləri ərazisini əhatə edir. Həmçinin, rayon ərazisindəki meşə massivi, dövlət fond torpaqları və qış otlaq sahələrini əhatə edən 5000 hektar sahədə çəyirtkəkimilərinin güclü axını müşahidə edilməkdədir.
İyunun 12-dən etibarən 1200 hektar sahədə başlayan kimyəvi mübarizə tədbirləri hazırda davam edir. Mübarizə işləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Respublika Bitki Mühafizə Mərkəzi tərəfindən təşkil olunub. Mübarizə işinə mobil bitki mühafizəsi dəstəsinin 20-dan çox işçisi və Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb olunublar. Fövqəladə Hallar Nazirliyinin təchizat - kömək dəstələri kimyəvi mübarizə tədbirlərinə cəlb olunub. Həmçinin, mübarizə tədbirlərinə cəlb olunmuş çiləyici maşınların işinin tənzimlənməsi üçün su maşınlarını müntəzəm olaraq zərərvericilərə sirayətlənmiş sahələrə cəlb ediblər. Ağır texnikalar isə meşələrin və relyefin keçilməz yerlərində yollar açaraq çiləyici maşınların hərəkətinə şərait yaradırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də meşə massivində çiləyici maşınların və mobil bitki mühafizəsi dəstələrinin fəaliyyətinin tənzimlənməsi üçün öz dəstəyini göstərməkdədir.
Kimyəvi mübarizə zamanı 9 ədəd "Mitsubishi l200" markalı avtomobilin üzərinə quraşdırılmış "Skout 28S300" markali avtonom çiləyici aparat və 4 ədəd traktora qoşulmuş 2000 litrlik ventilyatorlu çiləyicilərdən, eləcə də kontakt və sistem təsirli preparatlardan və indekslərdən istifadə olunur.
İtaliya çəyirtkəkimiləri kütləvi çoxalan illərdə kənd təsərrüfatı bitkilərinə böyük ziyan verir. Yovşan və yabanı dənli bitkilər olan çöllər, yovşanlı yarımsəhra yerlər və boş sahələr bu zərərvericilərin yaşayış yerləridir. Çöllərdə, qumlu və gilli torpaqlarda yumurta qoyurlar. Çünki belə torpaqları günəş yaxşı qızdırır.
Kimyəvi mubarizəni həmişə küləyin istiqamətinə perpendikulyar şəkildə, sahənin qurtaracağında başlamaq lazımdır. Mübarizə zamanı küləyin sürəti 5m/san-dən çox olmamalı, traktorun hərəkət sürəti isə 7 km/saat olmalıdır. Dərman preparatları kənarda həll edilib tokulməlidir.
Aqrar Biznes Festivallarına dəstək verən tərəfdaş qurumların sayı artır
19 Yanvar 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
19 Yanvar 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Xaçmazda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
16 Yanvar 2026
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib
16 Yanvar 2026
Nazir Məcnun Məmmədov İsraildə “Sea the future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində keçirilən Nazirlər Panelində çıxış edib
15 Yanvar 2026