Sarmaşıq fəsiləsinin sarı sarmaşıq (Cuscuta campestris Cuncker) cinsi 128 növlə təmsil olunur., onlardan 10 növü kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurur. Ən geniş yayılmış növü tarla sarı sarmaşığıdır (Cuscuta campestris Cuncker) Tarla sarı sarmaşığının vətəni Şimali Amerikadır. Rusiyada isə ilk dəfə 1912-ci ildə tapılmışdır. Azərbaycanın bütün bölgələrində yayılmışdır və 200-dən çox növ bitkiyə zərər vurur.
Tarla sarı sarmaşığı istisevər bitkidir. Torpaq yaxşı qızdıqda toxum cücərir. Bir toxumdan cücərmiş tarla sarmaşığı 20 mindən çox toxum verir. Gövdə qırıqlarından veqetativ yolla arta bilir. Sarı sarmaşığın bütün növləri parazit bitkilərdir. Kök və yarpaqları yoxdur, sap və ya qaytan şəkilli güclü budaqlanan gövdəsi var. Çiçəkləmə zamanı gövdə sıx çiçəklərlə örtülür. Çiçəklər beş ləçəklidir. Meyvə içərisində 1–4 toxum əmələ gələn qutu, toxum isə iki tərəfdən yastılanmış düzgün olmayan dairə şəklindədir.
Sarı sarmaşığın torpaqdan su və mineral maddələri sormaq və işıqda üzvi maddələri sintez etmək qabiliyyəti yoxdur. Onlar sahib bitkinin hesabına yaşayır və bitkiyə xüsusi qaustoriyalarla yapışaraq onun hesabına qidalanır.
Sarı sarmaşıq toxumla çoxalır. Toxumların cücərmə intensivliyi torpağın nəmliyi və temperaturundan, həmçinin toxumların yetişmə dərəcəsindən asılıdır. Yarımyetişmiş və yetişməmiş toxumlar yetişmiş toxumlara nisbətən daha tez cücərir. Yetişmiş toxumlar torpaqda 8-10 il cücərmə qabiliyyətini saxlayır. Kiçik toxumlu sarı sarmaşıqlar torpağın 4 sm-ə, iri toxumlular 8 sm-ə qədər dərinliyində cücərir.
Cücərmə zamanı toxum ruşeymi kök tükcükləri vasitəsi ilə torpağa yapışır, əks daha zərif tərəfi isə torpağın üzərinə çıxır və asta-asta qıvrılaraq sahib bitki axtarır. Sahib tapan kimi cücərti torpaqla əlaqəni kəsir və parazit həyat tərzinə keçir.
Sarı sarmaşıqla zədələnən bitkilərin əvvəlcə inkişafı zəifləyir, sonra saralır və quruyur. 50-60% məhsul itkisinə səbəb olmaqla yanaşı, məhsulun keyfiyyətini də pisləşdirir. Kətanın lifinin keyfiyyətini pisləşdirir, şəkər çuğundurunda şəkərin miqdarını 1-2% azaldır, ot bitkilərində proteinin miqdarı azalır, kiflənir. Bitkilərin örtülü toxumalarını zədələyərək xəstəlik və zərərvericilərlə sirayətlənməsinə şərait yaradır. Bir çox virus xəstəliklərinin (şəkər çuğundurunun, pomidorun, taxıl bitkilərinin, qarabaşağın mozaika virusu və s.) daşıyıcısıdır. Sarı sarmaşıqda kuskudin və kustalin alkaloidləri olduğu üçün, heyvanlar onunla zibillənmiş otla qidalandıqda çox hallarda zəhərlənirlər.
Mübarizə tədbirləri:
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024