Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC (ATT) tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fermerlərlə görüşlər keçirilir. İlk görüş bu gün Qax rayonunda baş tutub. Qax DAİM-də keçirilən görüşdə yerli fermerlərə ölkəmizdə həyata keçirilən ilk aqroekoturizm layihəsi olan “Şəhərdən Kəndə” barədə ətraflı məlumat verilib, onlar layihəyə qoşulmağa dəvət olunub. Həmçinin ATT nümayəndə heyəti tərəfindən yerli fermerlərin təsərrüfatlarına baxış keçirilib, kənd turizmi üçün uyğun olan təsərrüfatlar qeydə alınıb.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarını inkişaf etdirmək, fermerlər üçün alternativ satış kanalı və gəlir mənbəyi, eləcə də şəhər əhalisi üçün yeni turizm imkanı yaratmaqdır. Layihə çərçivəsində fermerlərə maarifləndirmə təlimləri keçiriləcək, həmçinin onlar layihənin verdiyi digər imkanlardan yararlana biləcəklər.
Fermerlərlə görüşlər aşağıda qeyd edilən cədvəl üzrə həyata keçiriləcək:
22 noyabr saat 11:00-13:00 - Zaqatala
22 noyabr saat 16:00-18:00 - Balakən
25 noyabr saat 11:00-13:00 - Qəbələ
26 noyabr saat 11:00-13:00 - İsmayıllı
26 noyabr saat 15:00-17:00 - Şamaxı
27 noyabr saat 11:00-13:00 - Quba
27 noyabr saat 15:00-17:00 - Qusar
28 noyabr saat 14:00-15:00 - Lənkəran
Görüşlərdə iştirak etmək istəyən fermerlər ATT-nin regional idarələrinə, eləcə də rayon DAİM-lərinə müraciət edə və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
30 Oktyabr 2026
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
29 Oktyabr 2026
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin noyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
29 Oktyabr 2026
Saatlıda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026