Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin Aqrar İnkişaf Könüllüləri və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri bu dəfə aqrar sahədə könüllü dəstəyi nümayiş etdiriblər. Belə ki, könüllülər Şəmkir rayon ərazisində fəaliyyət göstərən kümçülərə barama yığımında dəstək olublar.
Göstərilən xidmət gənclərin arqrar sahənin inkişafına ictimai dəstəyi nümayiş etdirmək, bu sahədə praktiki bacarıqlarını artırmaq və cəmiyyətin diqqətini aqrar sahəyə yönəltmək məqsədi daşıyır.
Qeyd edək ki, artıq bir necə ildir ki, rayonda barama yetişdirilir və yüksək məhsuldarlıq əldə edilir. Qısa vaxt ərzində çəkdikləri zəhmətin bəhrəsini görən rayon sakinləri bu sahəyə də maraq göstərir, baramaçılığın sirlərini öyrənir, daha çox qazanc əldə etməyə çalışırlar.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026