Kənd Təsərrüfatı Nazirliyi kənd yerlərində yaşayan gəncləri Aqrar Məşğulluğun Artırılması Layihəsi ilə tanış etmək məqsədilə məlumatlandırma kampaniyasına başlayıb. İsmayillı, Oğuz və Qəbələ rayonlarının gənclərinə AMAL barədə informasiya vermək, layihəyə cəlb etmək üçün İsmayıllı, Ağşu, Qobustan, Şamaxı rayonlarının gənclərini maraqlandıran suallara cavab vermək üçün Şamaxı rayonunda görüş keçirilib.
Görüşlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Namiq Məmmədov, AMAL-ın layihə koordinatoru Səbinə Mikayılova və Aqrar İnkişaf Könüllüləri ictimai hərəkatının rəhbəri Sarvan Cəbrayılzadə iştirak ediblər.
Görüşlərə AMAL internet saytı üzərindən müraciət etmiş gənclərlə yanaşı, aqrar sahə üzrə ali, peşə məktəbi və kollec təhsili almış, təsərrüfat yaratmağa marağı olan və ya artıq müəyyən kiçik təsərrüfatı olan 18-35 yaşlı gənclər dəvət ediliblər. Yerlərdə gənclərə doğru məlumatın çatdırılması, onların səfərbər edilməsi məqsədilə yerli özünü idarəetmə qurumlarının - bələdiyyələrin nümayəndələri də görüşlərə qatılıblar.
Gənclərə layihə barədə məlumat verməklə yanaşı, onların gözləntiləri, maraqlandıqları sahələr öyrənilib, kənd təsərrüfatı biznesinə başladıqda lazım olacaq biliklər barədə ilkin məlumat verilib.
Qeyd edək ki, AMAL Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə başladığı yeni layihədir. Layihə ölkədə gənclərin aqrar sahəyə marağının yüksəldilməsi, yeni və innovativ ideyaların dəstəklənməsini, kənd yerlərində yaşayan gənclərin məşğulluğunun artırılmasını, kənd təsərrüfatı ilə məşğul olan gənc fermerlərin aqrar sahədə biliklərinin artırılmasını nəzərdə tutur.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026