Südçülük sektorunda fəaliyyət göstərən fermer və sahibkarlarla onlayn görüş keçirilib. Görüşdə Kənd təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri, Azərbaycan Süd İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Samir Eyyubov, süd və süd məhsulları istehsalı, emalı ilə məşğul olan fermer və sahibkarlar iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, heyvandarlığın inkişafı üçün dövlət tərəfindən göstərilən sistemli dəstək tədbirləri nəticəsində 2019-cu il ilə müqayisədə 2020-ci ildə heyvandarlıq məhsullarının istehsalında 3,1 faiz artım qeydə alınıb. Müqayisə olunan dövrdə ölkədə süd istehsalı 1.9% artaraq 2.19 milyon ton olub.
Görüşdə ölkədə südçülük sektorunun mövcud vəziyyəti ilə bağlı fikirlər bölüşülüb, bu istiqamətdə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib. Ölkədə südçülüyün inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub. Vurğulanıb ki, heyvandarlığın inkişafında qaramalın cins tərkibinin yaxşılaşdırılması yolu ilə məhsuldarlıq potensialının yüksəldilməsi, güclü və sabit yem bazasının yaradılması, heyvandarlıqda yarımintensiv və intensiv saxlama üsullarının daha geniş tətbiq edilməsi strateji fəaliyyət istiqamətləri kimi müəyyən edilib.
Tədbirdə süd istehsalçıları və tədarükçüləri arasında dəyər zəncirinin təşkili, südlük istiqamətli yeni cins heyvanlara üstünlük verilməsi, intensiv texnologiyalar əsasında süd məhsulları istehsalının artırılması, süd tədarükü və qəbulu məntəqələrinin yaradılması, təsərrüfatların qidalı yem təminatı, süd emalı sənayesinin məhsullarının rəqabət qabiliyyətinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026