Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Dağ arıçıları” İctimai Birliyinin sədri, Qubadlı rayon sakini, arıçılıq üzrə mütəxəssis Yusif Quliyevin birgə köməkliyi ilə Sumqayıtda bal və bal məhsullarının qablaşdırılması və arı yemi istehsalı müəssisəsi yaradılıb.
Noyabrın 29-da Sumqayıt şəhərinin Yaşıldərə yaşayış massivində yerləşən müəssisənin açılış mərasimi keçirilib. Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, TİKA-nın nümayəndəsi Teoman Tiryaki, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin mütəxəssisi Fəxrəddin Səmədov, rayonun idarə, müəssisə rəhbərləri və arıçılıqla məşğul olan şəxslər iştirak ediblər.
Açılış mərasimində Azərbaycanda arıçılığın inkişafına göstərilən dövlət dəstəyindən danışılıb, bu sahənin perspektivlərindən bəhs olunub. Bildirilib ki, arıçılığı inkişaf etdirmək məqsədilə son illərdə Qubadlı rayonu üzrə “Dağ arıçıları” İctimai Birliyi bir sıra tədbirlər həyata keçirib. Bunun nəticəsi olaraq arı ailələrinin sayı 5200-ə yaxınlaşıb. Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəldilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan arı məhsullarının mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etiketləmə məsələləri də diqqətdə saxlanılıb. Azərbaycan Prezidentinin sərəncamı ilə arıçılara subsidiyanın ayrılması isə bu sahənin inkişafına əlavə təkan verəcək.
Açılış mərasimindən sonra müəssisə ilə tanışlıq olub. Qeyd edilib ki, arıçılar tərəfindən istehsal edilən ballar müəssisədə “Dağ arıçıları” İctimai Birliyi tərəfindən qablaşdırılır və “Qarabağlı” markası altında satışa çıxarılır. İstehsal həcmi ildə 20 ton olan müəssisədə birinci mərhələdə məcburi köçkün arıçıların məhsulları bir marka ilə buraxılacaq. Həmçinin müəssisədə hər il 10 ton arı tortunun istehsalı da planlaşdırılır və arıçılara münasib qiymətə satılacaq.
Sonda tədbir iştirakçıları müəssisənin istehsal etdiyi arı məhsullarının sərgisi ilə tanış olublar.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026