Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Siyəzən Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin ilk günlərindən başlayaraq 7 sahə baytarlıq məntəqəsi vasitəsilə ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Hazırda Dövlət Baytarlıq Xidmətinin Siyəzən rayon Baytarlıq İdarəsinin Eynibulaq sahə baytarlıq məntəqəsi tərəfindən Eynibulaq kənd sakini Mehrəliyev Fərəcə məxsus şəxsi təsərrüfatda olan 29 baş iribuynuzlu, 2 baş təkdırnaqlı heyvanda qarayara xəstəlikləri əleyhinə peyvəndlənmə tədbiri aparılıb. Ümumiyyətlə, cari ilin təbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan 10997 baş iribuynuzlu,477 baş təkdırnaqlı heyvanda qarayara,1554 baş həyət itində quduzluq xəstəliklərinə qarşı peyvəndlənmə tədbiri aparıb. Eləcə də 1528 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürüb və 400 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Artıq bütün ölkədə olduğu kimi, Siyəzən rayonunda da iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Dövlət Baytarlıq Xidməti epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı həm xırdabuynuzlu (dabağın A,O tiplərinə), həm də iribuynuzlu (dabağın A,O,Asiya-1 tiplərinə) heyvanlar arasında peyvəndləmə tədbirləri aparır. Siyəzəndə bu xəstəliyə qarşı 24 min baş iribuynuzlu, 82 min baş xırdabuynuzlu heyvanda aparılması nəzərdə tutulub.
Xatırladaq ki, dabaq xəstəliyi də qarayara, quduzluq, vərəm, bruselyoz, xırdabuynuzlu heyvanların çiçəyi, leptospiroz, donuzların klassik taunu, quşların nyukasl xəstəliyi, atların manqosu, yüksək patogenli “quş qripi”, şmallenberq, yoluxucu nodulyar dermatit xəstəlikləri kimi, «Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı»a daxil edilib.
Dabaq cütdırnaqlı ev və vəhşi heyvanların iti kontagiozlu virus mənşəli xəstəliyidir. Həssas heyvaların əsasən ağız boşluğu, dırnaq və digər nahiyələrində aftaların yaranması ilə səciyyələnir. Ölkəmizdə bu xəstəliyə qarşı polivalet peyvənd vasitəsindən istifadə olunur.
Tədbirlər çərçivəsində baytar mütəxəssislər vətəndaşlar arasında maarifləndirmə işləri aparır, heyvanların yemlənmə, bəslənmə şəraitini yaxşılaşdırılması və zoobaytar tələblərə ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verirlər.
Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra Siyəzən rayonunda ev quşları arasında nyukasl, nodulyar dermatit, leptosprioz, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospriz xəstəliklərinə qarşı profilaktik peyvəndlənmə tədbirləri aparılacaqdır. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024