Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Araşdırmaları və Siyasəti İdarəsinin (TAGEM) nümayəndə heyəti Azərbaycanda səfərdə olub. İdarənin sədr müavini İhsan Emiralioğlu, Doğu Ağdəniz Tarımsal Araştırma İnstitunun müdiri Abdulah Çil, Nazilli Pambıq Araşdırma İnstitunun müdiri Koray Şimşek və həmin institutun seleksiyaçı alimi Sedat Süllü Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Beyləqan rayonunda yerləşən Mil Təcrübə Stansiyasında əkilmiş pambıq sahələrinə baxış keçiriblər. Türk texnologiyası əsasında əkilmiş pambığın məhsuldarlığı yüksək qiymətləndirilib.
Nümayəndə heyəti daha sonra Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub. İnstitutun direktoru Cavanşir Təlai Adana Tarımsal Araşdırmalar İnstitutu ilə birgə həyata keçirilən “Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsi haqqında məlumat verib. Layihənin beynəlxalq eksperti Dr. İbrahim Ceritin və layihənin Azərbaycan tərəfindən məsul icraçısı, “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədovanın iştirakı ilə istixana şəraitində Double haploid texnikası ilə qoyulmuş təcrübə sahəsinə baxış keçirilib, əməkdaşlığın növbəti mərhələsi müzakirə olunub.
Türkiyəli qonaqlar səfər çərçivəsində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olaraq həyata keçirilən işlərlə yaxından maraqlanıblar. İnstitutun direktoru Elmar Allahverdiyev tərəvəz və bostan bitkilərinin toxumçuluq işlərinin təşkili haqqında danışıb. İstixanalarda müasir texnologiyalar əsasında həyata keçirilən əkin işləri təhlil olunub, tərəvəz toxumçuluğunun birgə təşkili sahəsində əməkdaşlıq istiqamətləri müəyyən olunub.
Kənd Təsərrüfatı Araşdırmaları və Siyasəti İdarəsinin (TAGEM) nümayəndə heyəti Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda da olublar. İnstitutun direktoru Vüqar Səlimov üzümçülük istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib, Azərbaycanda bu sahənin elmi potensialının gücləndirilməsi istiqamətində gələcək hədəflər haqqında qonaqları məlumatlandırıb. Qonaqlar institutun laboratoriyaları və emal sexi ilə yaxından tanış olub, TAGEM nəzdində fəaliyyət göstərən müvafiq elmi-tədqiqat institutu ilə birgə əməkdaşlığın həyata keçirilməsi haqqında razılıq əldə olunub.
Qeyd edək ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Araşdırmaları və Siyasəti İdarəsi (TAGEM) ölkə ərazisində fəaliyyət göstərən aqrar xarakterli elmi müəssisələrin fəaliyyətini idarə və koordinasiya edir. Nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi qarşılıqlı elmi əlaqələrin qurulmasıdır.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək
06 Mart 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Sabirabadda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
06 Mart 2026
AFAQ layihəsi çərçivəsində Füzulidə qadın fermerlərə avadanlıqlar təqdim olunub
06 Mart 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ordubadda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Mart 2026
Nazir Məcnun Məmmədov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Berik Arın ilə görüşüb
05 Mart 2026