Ənənəvi səpin üsulundan fərqlənən tirə əkin üsulu bir sıra ölkələrdə tərəvəz, taxıl, meyvə və paxlalı bitkilərin yetişdirilməsində geniş istifadə olunur. İlk dəfə Meksikada tətbiq olunan və Azərbaycana introduksiya olunan bu texnologiya Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən müxtəlif layihələr çərçivəsində sınaqdan keçirilib və özünü doğruldub. Taxıl bitkilərinin tirəyə səpin üsulu ilə əkin texnologiyasının fermerlər arasında yayılmasını təşviq etmək məqsədilə Mərkəz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Tədbirlər çərçivəsində 30 oktyabr 2020-ci il tarixdə Salyan rayonu Quyucu kənd sakini, özəl toxumçu Cəlilov Arif İnşallah oğluna məxsus Seyidsadıqlı kəndində yerləşən 4 ha əkin sahəsində buğdanın tirəyə səpin üsulu ilə nümayiş əkini həyata keçirilib. Lazer mala ilə hamarlanmış əkin sahəsində bir gedişlə səthin eni 45 sm və hündürlüyü 30 sm olan tirələr açılıb. Tirələrə 150 kq/ha toxum norması ilə “Tale 38” buğda sortunun R1 reproduksiyalı toxumu səpilib və 100 kq/ha norma ilə ammofos gübrəsi verilib. Tətbiq edilən toxum norması ənənəvi əkində tətbiq edilən toxum normasından 75-95 kq az olub ki, bu da 35-45% qənaət deməkdir. Bildirilib ki, tirəyə əkin metodu mineral gübrələrin istifadə səmərəliliyini artırır, alaqlara qarşı mexaniki mübarizəyə imkan yaradaraq pestisidlərdən isifadəni azaldır, bitkinin daha yaxşı kollanmasına imkan yaradaraq məhsuldarlığı artırır, torpağın aqrofiziki vəziyyətini yaxşılaşdırır və bitkilərin yatmaya meyliliyini azaldır.
Tədbirdə Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri və ətraf kəndləri təmsil edən fermerler iştirak edib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026