2020-ci ilin sentyabr ayından başlayaraq Aqrar Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən respublikanın taxıl əkini sahələrində xüsusi təhlükəli, karantin tətbiq edilən və digər tənzimlənən zərərvericilərlə bağlı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.
Siçanabənzər gəmiricilərə bağlı respublikanın əsasən şimal və şimal-qərb rayonlarının (Quba, Qusar, İsmayıllı, Şəmkir, Tovuz və d.) ərazilərində ümumilikdə 48.1 min hektar sahədə müşahidələr aparılıb, 14.8 min hektar sahədə sirayətlənmə aşkarlanıb və 5.1 min hektar sahədə mübarizə işləri aparılıb ki, bunun da 4.3 min hektarında tədbirlər büdcə vəsaiti hesabına həyata keçirilib. Siçanabənzər gəmiricilərlə ən çox sirayətlənmə Ceyrançöl ərazisində aparılan əkinlərdə müşahidə edilib.
Dənli bitkilərdə taxıl böcəyinə qarşı 1,0 min hektar sahədə müşahidələr aparılıb, 0.52 min ha sahədə sirayətlənmə aşkarlanıb, Agentliyin mütəxəssislərinin tövsiyyəsi və birbaşa iştirakı ilə 0.2 min ha sahədə təsərrüfat subyektləri hesabına mübarizə tədbrləri həyata keçirilib. Mübarizə tədbirləri əsasən Şəki, Qax və Ağsu rayonlarının ərazisində aparılıb.
Respublikanın taxıl əkini sahələrində fitosanitar sabitliyin qorunması məqsədi ilə hazırda Agentliyin yerli qurumları tərəfindən fitosanitar müşahidə və müvafiq mübarizə tədbirləri davam etdirilir.
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026