“Biçin prosesinin mütəşəkkil təşkili üçün “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən bütün lazımi hazırlıq işləri aparılıb. Biçin aparılacaq ərazilərdə növbəlilik sistemi tətbiq olunub, kombaynlarda GPS sistemi quraşdırılıb, rayonların kombaynlara tələbatı əvvəldən müəyyənləşib, texnikalar tələbata uyğun biçin ərəfəsində rayonlara göndərilib, biçin getməyən rayonlardan aktiv biçin bölgəsinə əlavə kombaynlar dislokasiya edilib”. Bu açıqlamanı jurnalistlərə Biləsuvarın Nəsimi kəndində biçin prosesini izləyən “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov verib.
O bildirib ki, biçin prosesinin təşkili ilə əlaqədar “Aqroservis” ASC-də operativ qərargah fəaliyyət göstərir. Biçin prosesinin aktivləşməsi ilə əlaqədar taxılbiçən kombaynlara olan tələbat gündəlik qaydada müəyyənləşdirilir və ehtiyatda olan kombaynlar ərazilərə dislokasiya edilir: “Hazırda biçin gedən rayonlarda “Aqroservis”in 484 kombaynı biçin prosesində iştirak edir. Bundan başqa, biçin zonasına digər rayonlardan 235 kombayn dislokasiya etmişik. Bugünədək “Aqroservis”in kombaynları ilə 54104,7 hektar sahə biçilib. Bu, ümumi biçilmiş sahələrin təxminən 48 faizini təşkil edir”.
İyunun 8-dək Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb. Ümumilikdə 115512 hektar sahədə biçin aparılıb, sahələrdən 337600 ton məhsul yığılıb. Hazırda taxıl üzrə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu göstərici əsasən arpa biçininin nəticələrinə əsasən formalaşıb: “Hazırda buğda biçini yalnız Şamaxı, Cəlilabad və Göyçayda kiçik sahələrdə aparılır. Ümumilikdə bugünədək 2520 hektar sahədə buğda biçilib. 112992 hektar sahədə isə arpa biçini başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,4 sentnerdir, biçinin miqyası genişləndikcə bu rəqəm də artacaq. Arpa biçininin respublika üzrə optimal müddətdə başa çatacağını gözləyirik. İyunun ikinci ongünlüyündə artıq Aran rayonlarında kütləvi buğda biçininə də başlanacaq”.
Vüqar Hüseynov bildirib ki, Biləsuvar rayonunda bu il 34845 hektar sahədə payızlıq əkin aparılıb: “Bu sahələrin 21000 hektarı arpa əkinləridir. Artıq rayon üzrə arpa sahələrinin 10900 hektarında biçin başa çatıb. Orta məhsuldarlıq 30,8 sentnerdir, biçin davam etdikcə bu göstərici yüksələcək”.
Biləsuvar rayonunda biçin prosesinə 81 kombayn cəlb olunub. Bunlardan 35-i “Aqrosevis” ASC-nin, 46-sı isə fiziki və hüquqi şəxslərə aid olan kombaynlardır.
Biçin prosesi davam edir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024