Azərbaycanda taxıl sahələrinin 35,9 faizində biçin başa çatıb. İyunun 20-nə olan operativ məlumata görə, biçin başa çatmış 362716,6 ha sahədən 1126943 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,1 sentner, o cümlədən arpa üzrə 30,3, buğda üzrə 32,9 sentner təşkil edir.
Respublikada arpa sahələrinin 2/3 hissəsində biçin prosesi yekunlaşıb. Ölkə üzrə 369303,7 hektar arpa sahəsindən 258161,1 hektarı biçilib. Sahələrdən 783092,1 ton məhsul yığılıb.
Bu il ölkədə 640 min hektardan artıq sahədə buğda əkini aparılıb. İyunun 20-dək 104555 hektar buğda sahəsi biçilib, sahələrdən 343850,9 ton məhsul yığılıb.
Biçin prosesi davam edir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026