“Aqrolizinq” ASC cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün fermer, mexanizator və kənd sakinlərinin maarifləndirilməsi ilə bağlı regionlarda görüşləri davam etdirir.
“Aqrolizinq” ASC-nin sədri vəzifəsini icra edən Elmin Rəhmanov Tərtərin təmas xəttində yerləşən Qazyan kəndində taxıl sahələrində fermerlər və kənd sakinləri ilə görüşüb. Görüşün keçirilməsində əsas məqsəd təmas xəttinə yaxın olan sahələrdə taxıl biçininə daha tez başlanılması, cəbhə xəttində yerləşən taxıl sahələrində ermənilərin təxribatı ilə qəsdən törədilə biləcək yanğın hallarının baş vermə risklərinin minumuma endirilməsi, bu risklərin aradan qaldırılması istiqamətində işlərin görülməsi, taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsinə nail olmaqdır. Həmçinin, fermer və kənd sakinləri ilə daha yaxın ünsiyyətin qurulması, onların problem və şikayətlərinin yerindəcə aradan qaldırılması və ya həlli istiqamətində tapşırıqların verilməsi, eləcə də maarifləndirmə işlərinin aparılması da görüşün əsas məqsədlərdəndir.
Görüş zamanı Elmin Rəhmanov fermer və kənd sakinlərinin səsləndirdikləri problem və şikayətləri dinləyib, onların həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib. Bu taxıl biçini mövsümündə həyata keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilib.
Daha sonra Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzində “Aqrolizinq” ASC-nin Bərdə, Şəmkir, Yevlax Regional Nümayəndəliyinə daxil olan rayon bölmələrinin müdirləri və mexanizatorların iştirakı ilə iclas keçirilib. İclas zamanı cari ildə biçinin mütəşəkkil təşkil olunması, kombaynların dislokasiyası, məhsul biçininin itkisiz aparılması və respublikada ərzaq təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi ilə bağlı vəzifə və öhdəliklərin layiqincə yerinə yetirilməsi üçün müvafiq göstəriş və tapşırıqlar verilib. Tədbirdə mexanizatorların problemləri dinlənilib və problemlərin həlli istiqamətində işlər görülüb, onların sualları cavablandırılıb.
Qeyd edək ki, regionlarda taxıl biçininə hazırlıqla bağlı görüşlər mütəmadi davam etdirilir. May ayının 24-də Şəki və Qobustanda maarifləndirici görüşlər keçiriləcək.

Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026