Tərtərdə “Aqrar sahənin innovasiyalı inkişafında informasiya-məsləhət xidmətinin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbir Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Tərtər Bölgə Təcrübə Stansiyası və Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda alim və mütəxəssislərlə yanaşı, fermerlər, kənd təsərrüfatı məhsul istehsalçıları, informasiya məsləhət xidmətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ölkə iqtisadiyyatında strateji sahələrindən biri olduğunu bildirib. Konfransın məqsədi və əhəmiyyəti barədə məlumat verən Cavanşır Təlai informasiya məsləhət xidmətinin Aqrar Sənaye Kompleksinin inkişafındakı roluna da toxunub. Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev rayonunun ölkənin kənd təsərrüfatı məhsul istehsalındakı payı, aqrar sahənin inkişafında rol oynayan prioritet istiqamətləri, cari təsərrüfat ilində əkinlərin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına məlumat verib.
Tədbirdə “Taxılçılıq sahəsinin inkişafında innovativ texnologiyaların tətbiqinin əhəmiyyəti”, “Kənd təsərrüfatının yeni innovativ texnologiyalar əsasında inkişafında məsləhət xidmətinin rolu və vəzifələri”, “Fermer təsərrüfatlarında səmərəli iqtisadiyyatın təşkili məqsədilə ilkin uçotun qurulması və əhəmiyyəti” mövzusunda məruzələr edilib, rayonda aparılan seleksiya, becərmə texnologiyalarına dair elmi-tədqiqat işləri və əldə edilən nəticələr konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra fermerlərin birgə iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb və onların sualları ətraflı cavablandırılıb.
Tədbir çərçivəsində Tərtər Bölgə Təcrübə Stansiyasında tarla şəraitində taxılçılıq sahəsində tətbiq edilən innovativ texnologiyaların üstünlüklərini fermerlərə nümayiş etdirilib.
Nazir Məcnun Məmmədov Qarabağda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 May 2026
Nazir Məcnun Məmmədov Şuşada vətəndaşlarla görüşüb
15 May 2026
Fiziki və hüquqi şəxslərə məxsus istehsal və saxlama yerlərində fumiqasiya tədbirləri davam etdirilir
15 May 2026
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
15 May 2026
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb
15 May 2026