Tovuz rayonunda münasib iqlim şəraitinə və zəngin faunasına görə arıçılıq ildən-ilə inkişaf edir. Dövlətin bu sahəyə göstərdiyi qayğı, eləcə də hər arı pətəyinə görə subsidiya ayrılması arıçılıqla məşğul olan əhali təsərrüfatlarının bu sahəyə marağını daha da artırıb.
İndiyədək rayonun 22 yaşayış məntəqəsində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin qeydiyyatı aparılıb, 472 arıçıya məxsus 7000 arı ailəsinə lövhələr (birkalar) vurulub və arıçıların hesablarına 70 min manat köçürülüb.
Digər yaşayış məntəqələrində arıçıların qeydiyyatı və sənədləşmə işləri davam edir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026