Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə Qaydalara” əsasən Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi yekunlaşıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə yaradılmış Ekspert Şurasında rayon/şəhər komissiyalarından daxil olmuş müraciətlərə baxılıb. Ekspert Şurasının qərarı ilə 229 nəfər taxıl toxumu (buğda,arpa) istehsalçısına 6 milyon 568 min 207 manat, 18 nəfər kartof toxumu istehsalçısına 694 min 277 manat, 22 nəfər yonca toxumu istehsalçısına 182 min 208 manat, 17 nəfər meyvə tinği istehsalçısına 97 min 200 manat ,8 nəfər qarğıdalı toxumu istehsalçısına 64 min manat, 8 nəfər noxud toxumu istehsalçısına 16 min manat, 5 nəfər çay tinği istehsalçısına 57 min 528 manat, 4 nəfər tərəvəz toxumu istehsalçısına 25 min, 315 manat, 5 nəfər pambıq toxumu istehsalçısına 21 min 848 manat, 2 nəfər üzüm tinği istehsalçısına 12 min 240 manat, ümumilikdə 7 milyon 738 min 825 manat vəsait ödənilib.
Şəffaflığın təmin olunması məqsədilə fermerlər subsidiyanı “ Kapital Bank”ın rayon filiallarından plastik kart vasitəsilə əldə edə bilərlər. Subsidiyalar barədə ətraflı məlumatlar Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026