Respublika ərazisində karantin rejiminin tətbiqi ilə əlaqədar yaz-tarla işlərinin gedişatı ilə bağlı mövcud vəziyyətin, carı tapşırıqların icrasının dəyərləndirməsi məqsədilə daha bir videokonfrans keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin təşkil etdiyi növbəti videokonfransda toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş hüquqi və fiziki şəxslərlə onların maddi-texniki bazasının və təsərrüfat fəaliyyətlərinin mövcud vəziyyəti müzakirə edilib, toxumçuluq fəaliyyəti ilə bağlı bilik və bacarıqları qiymətləndirilib.
Videokonfransda şöbə müdiri Rafail Quliyev, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Tərtər, Biləsuvar, Ağcabədi, Ağdam, Ağdaş, Cəlilabad, Quba, Qusar və digər rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, toxumçuluq və fitosanitar xidmətlərinin rəhbərləri, toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün təkrar və yeni müraciət etmiş 28 şəxs iştirak edib.
Videokonfransda toxumçuluq təsərrüfatlarında növbəli əkin sisteminə riayət edilməsi, toxum anbarlarının istifadəyə yararlı vəziyyətdə saxlanılması, fumiqasiyası, becərmə, toxumtəmizləyən texnika və avadanlıqların müasir tələblərə uyğunlaşdırılması, toxumçuluq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bu sahə üzrə kifayət qədər bilik və təcrübəyə malik olması, toxumluq sahələrdə aparılan aqrotexniki tədbirlərin texnolojı xəritəsinə riayət edilməsi və digər məsələlər müzakirə edilib.
Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən şəxslərin sualları cavablandırılıb, onlara müvafiq tövsiyələr verilib.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026