Kənd Təsərrüfatı Nazirliyində Türkiyənin Ege Universitetinin və Agrobest Grup A.Ş tərəfindən “Azərbaycanda inteqrə olunmuş innovativ pambıq becərilməsi” layihəsinin təqdimatı olub.
Təqdimatdan əvvəl Ege Universitetinin professoru Mehmet Demirçi və Agrobest Grup A.Ş şirkətinin rəhbəri Faruk Eroğlu və nazir müavini İlham Quliyevlə təqdim olunan layihənin əhəmiyyəti və fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.
Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə keçirilən layihənin təqdimatında Ege Universitetinin professoru Mehmet Demirçi layihənin məqsədi, nəzərdə tutulan fəaliyyət istiqamətləri, xəstəlik və zərərvericilərə qarşı tətbiq ediləcək yeni pestisidlərin, pambıq bitkilərinin su qıtlığına dayanıqlığının artırılması məqsədilə tətbiq ediləcək bioloji preparatların, orqanik pambıq istehsalının xüsusiyyətləri barədə izahat verib.
Layihə rəhbəri təcrübələrin “MKT İK” MMC, “Azərpambıq ASK” MMC, “P-Agro” MMC pambıqçılıq şirkətlərinin müxtəlif rayonlarda yerləşən təsərrüfatlarında 2 il müddətində yerinə yetirilməsinin nəzərdə tutulduğunu bildirib, birinci ildə pambıq bitkilərinin məhsuldarlığının 20%, ikinci ildə isə lazımi tədbirləri tətbiq edərək 35% yüksəldilməsinə nail olunacağını əsaslandırıb. Layihənin beynəlxalq və yerli təlimlər vasitəsilə digər bölgələrdə də tətbiq ediləcəyini qeyd edilib.
Layihənin yerinə yetirilməsinə yerli mütəxəssislərlə yanaşı Türkiyənin Ege Universitetinin, Agrobest Grup A.Ş, Brandt Consolidate (ABŞ) və T.STANES & COMPANY (Hindistan) şirkətlərinin müvafiq sahələr üzrə əməkdaşları da cəlb olunacaq.
Respublikada pambıq istehsalı ilə məşğul olan “MKT İK” MMC, “Azərpambıq ASK” MMC, “P-Agro” MMC və nazirliyin aidiyyəti qurumlarının təqdimatda iştirak edən mütəxəssisləri layihənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün təklif və tövsiyələrini bildiriblər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026