Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasının əkin sahəsində bu ilin məhsulu üçün Çin texnologiyası ilə çiyid səpininə başlanıb. 18 hektar sahədə əkinin aparılması üçün torpaqbecərmə işləri Çin Xalq Respublikasından gətirilmiş diskli maladan istifadə edilərək həyata keçirilib. Çiyid səpini Çin texnologiyası ilə hazırlanan səpin aqreqatı ilə aparılır. Bu aqreqat eyni vaxtda 4 əməliyyatı həyata keçirir ki, nəticədə xərclərə əsaslı şəkildə qənaət etməyə imkan yaranır. Aqreqat eyni vaxtda su borusunu düzür, səpin gedən cərgələrə örtük çəkərək açılan yuvadan torpağa çiyid atır və üstünü örtür.
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi - Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov səpinin gedişini müşahidə edərək texnologiyanın qaydalarına əməl olunması ilə bağlı tövsiyələrini veriblər.
Ucar-Şirvan Təcrübə Stansiyasının əkin sahəsində Çin texnologiyası ilə pambıq sortlarının yetişdirilməsinə ötən ildən başlanılıb. Ötən il çinli mütəxəssislərin iştirakı ilə 10 hektarda çiyid əkilib, aqrotexniki becərmələrin dəqiqliklə aparılması nəticəsində əkin sahəsində yüksək məhsuldarlıq əldə edilib.
Mütəxəssislər hesab edir ki, Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığı bu sahənin gələcək inkişafı üçün ümidvericidir. Ötən il Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun alimlərinin, fermerlərin və tədarük şirkətlərinin nümayəndələrinin iştirak etdiyi üç işçi qrupu yaradılaraq hektara düşən bitki sayı, hər bitkiyə düşən qoza sayı, lif və çiyid çıxımı dəqiqliklə hesablanıb, texnologiyanın elmi nəticələri yerində aktlaşdırılıb. Bu texnologiya ilə əkilən bitkidə hər qozadan lif çıxımı 40 faizdən yüksək olduğu müəyyən olunub. Ənənəvi əkinlərdə isə bu göstəricilər dəfələrlə aşağıdır. Ona görə də pambıqçılığın qarşısında duran əsas hədəf hektara düşən məhsuldarlığın yüksəldilməsi, fermer və tədarükçü şirkətlərin marağında olan lif çıxımının göstəricilərini yaxşılaşdırmaqdır.
Builki yazlıq əkin planına uyğun olaraq Beyləqan rayonunda türk texnologiyası əsasında pambıq əkini aparılaraq yeni əkin-becərmə metodlarının dərindən öyrənilməsi, fermerlər arasında yayılması təmin olunacaq. Bunun əsasında gələcəkdə yeni təcrübələr birləşdirilərək innovativ əkin sxemləri tətbiq olunacaq.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024