Ucar rayonun Nüsüslü kəndində Məhəmməd Yusifova məxsus quşçuluq təsərrüfatında fermerlər üçün “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda praktiki təlim keçirilib.
Təlimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Ucar Rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərov çıxış edərək quşlar arasında baş verən çiçək və nyukasl xəstəlikləri barədə ətraflı məlumat verib. Bildirilib ki, nyukasl və çiçək xəstəlikləri quşçuluğa ən çox zərər verən infeksion xəstəliklərdən biridir. Nyukasl və çiçək xəstəlikləri quşlar arasında kütləvi ölümə səbəb olur. Ev quşlarını bu xəstəliklərdən qorumağın ən etibarlı yolu vaxtında peyvəndləmə aparılmasıdır. Belə ki, 1-2 həftəlik cücələr “La-sota”, 2 aylıqdan yuxarı olan quşlar isə “H” vaksini ilə peyvənd olunmalıdır. Həmçinin qeyd edilib ki, cari ilin 8 ayı ərzində Ucar rayonunda 734367 baş cücədə “La-sota”, 663363 baş quşda isə “H” vaksini ilə nyukasl xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Təlimdə fermerlərə quşların nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin başvermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumatlar verilib, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və başqa vasitələrin dövlət vəsaiti hesabına alındığı, təsərrüfatlarda saxlanılan quşlara təmənnasız tətbiq olunduğu bildirilib.
Sahibkarlara məxsus quşların xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd edilməsinin vacibliyini qeyd edən mütəxəssislər ilin əvvəlindən indiyədək idarə tərəfindən Ucar rayonu ərazisində mövcud olan quşlarda nyukasl xəstəliyinə qarşı profilaktik peyvəndləmələrin aparıldığını diqqətə çatdırıblar.
Təlim iştirakçıları, həmçinin çiçək və nyukasl xəstəliklərinin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstə¬liklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə də məlumatlandırılıb. Eyni zamanda heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də Aqrar Xidmətlər Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb.
Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlimlər davam etdirilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024